“Azərbaycan Cənubi Qafqazın inteqrasiyalı modelini təklif edib. Hazırda region çox dağınıqdır, ona görə də insanlar arasında daha çox əlaqələr, daha çox təmas qurmaq lazımdır”. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada beyin mərkəzlərinin “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı konfransının açılışında deyib. O bildirib ki, Azərbaycan təmaslara hazırdır: "İndi top Ermənistandadır. Azərbaycanın

Ukraynada yaşayan 39 yaşlı Fuad Fərhad oğlu Məmmədov Donetsk vilayətində Konstantinovka uğrunda döyüşlərdə həlak olub. Dalidag.az xəbər verir ki, bu barədə Odessada yaşayan həmvətənimiz Anar Ağazadə öz “Facebook” profilində paylaşım edib.O bildirib ki, Fuad bəyin atası istefada olan hərbi həkimdir. “Şəhidimiz həm də çoxlarımızın birinci Qarabağ savaşından tanıdığı hərbi jurnalist, dəyərli dostumuz Ağası Hun Məmmədlinin qardaşı oğludur. Başımız sağ olsun. Tanrı ruhunu şad etsin” Anar Ağazadə həm

Şuşada beynəlxalq konfrans keçiriləcək. Dalidag.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri - Prezidentin köməkçisi Hikmət Hacıyev özünün tviter hesabında yazıb. “Ağdamın adını daşıyan təyyarə ilə “Shusha Majlis Discussion” formatında beynəlxalq beyin mərkəzləri ilə “Cənubi Qafqazın inkişafı və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransı keçirmək məqsədilə Şuşaya səfər etmək üçün bu yaxınlarda tikilmiş Füzuli hava limanına uçuruq. Şuşa

Fərid Muradzadə *** Bu nə qoxusudur görən, ilahi? Utandı bağçada bitən çiçəklər. Ətrini ruhuma hopduran qadın, Ətrini aparmır əsən küləklər. Nələr çəkdiyini üzə vurmadı, Gizli sızıldadı, yandı ürəklər. Qürura boğulub saxladığını, Gizləyə bilmədi qara bəbəklər. Axan göz yaşının günahkarı kim? -Sorsalar, dil açıb "mən" deyəcəklər. Sənin göz yaşını mürəkkəb edib, Əməl dəftərimi yazır mələklər. Tanrı dərgahına yetmədi, neynim, Yarımçıq arzular, yarım diləklər. Ah çəkmə nə olar, qurbanın olum,

Bu gecə Rusiya Federasiyasının Belqorod, Bryansk, Voronej və Kursk şəhərlərində səhər saatlarınadək hava hücumundan müdafiə sistemləri çalışıb. Səbəb həmin şəhərlərin raketlərlə atəşə tutulmasıdır. Dalidag.az bildirir ki, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun dediyinə görə, ilk partlayış səsini 03.35 radələrində eşidib. "Daha sonra üç partlayış səsi gəldi. İlkin məlumatlara görə, Belqorodun qərbindəki mikrorayonun səmasında hədəflər vurulub", - V.Qladkov bildirib. Kurs şəhərinə

Laçında itkin düşən hərbi qulluqçuların axtarışı davam edir. Dalidag.az xəbər verir ki, Müdafiə Nazirliyindən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusunun martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir. "Yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, hərbi qulluqçularımızın

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq raket və artilleriya bölmələrində atəş-dəstək qrup komandirləri ilə ön müşahidə üzrə hazırlıq kursu keçirilir. Bu barədə Dalidag.az Müdafiə Nazirliyinə istinadən xəbər verir. Hərbi qulluqçular silahlanmada olan müasir artilleriya müşahidə cihazlarının taktiki-texniki xüsusiyyətlərini, onlardan istifadə qaydalarını öyrənir. Bundan başqa, artilleriya kəşfiyyatçıları optik cihazlar vasitəsilə hədəf koordinatlarının

Sosial şəbəkənin erməni seqmentində Xankəndi ilə bağlı informasiya sürətlə yayılır. Dalidag.az-ın məlumatına görə, separatçıların adından yayılan məlumatda Xankəndi əhalisinə xəbərdarlıq edilir ki, buradakı ermənilər aprelin 30-na qədər şəhərdən təxliyə olunacaqlar. Qondarma qurumun “İnformasiya Qərargahı” bəyanat yayaraq, bu xəbəri əsassız hesab etdiklərini bildiriblər. Ancaq sözügedən informasiya sosial şəbəkənin erməni seqmentində şok effekti yaradıb və böyük təşvişə səbəb olub.oxu.az

Azərbaycan ÜDM-də hərbi xərclərin payına görə dünyada beşinci yerdə qərarlaşıb. Dalidag.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) “Dünya hərbi xərclərinin tendensiyaları” adlı yeni hesabatında verilir. Yayılan məlumatlara görə, 2021-ci ildə ÜDM baxımından hərbi xərclərin həcminə görə Oman, Küveyt, Səudiyyə Ərəbistanı və Əlcəzairdən sonra Azərbaycan beşinci yerdədir. Ümumilikdə, ötən il Azərbaycanın hərbi xərcləri ölkə

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş gələn həftə Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya, daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Ukraynaya getməzdən əvvəl Ankaraya səfər edəcək. Bu barədə təşkilatın yaydığı bəyanatda məlumat verilib. Quterreş aprelin 25-i Ankaraya gedəcək və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək. BMT-nin yardım üzrə rəhbəri Martin Qriffits aprelin 18-də bildirmişdir ki, Türkiyə
Yazı axını