Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə, ata-baba yurdlarında yaşamağı, qurub yaratmağı planlaşdıran gənclərin fikir və duyğularının yer aldığı videoçarxlar hazırlayır. Vətən həsrəti bitən həmvətənlərimiz hər zaman Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduqlarını bildiriblər. Qeyd ediblər ki, dövlət başçısının rəhbərliyi ilə məcburi köçkünlərin geri qaytarılması üçün

Kəlbəcər Rayon İcra Hakimiyyətininin başçısı Azər Qocayev vətəndaşlarla qəbul keçirib. Dalidag.az -ın məlumatına görə, görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilib və qəbula gələn Kəlbəcər rayon sakinlərinin müraciətləri dinlənilib. Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev onların problemlərini, təkliflərini aidiyyatı üzrə qeydiyyata alınmasını və İcra Hakimiyyətinin

Əli Kərim adına Sumqayıt Poeziya evində Dünya Gənc Türk Yazarlar Birliyinin və Sumqayıt Poeziya evinin təşkilatçılığı ilə əslən Kəlbəcərdən olan istedadlı gənc şair Valeh Qocanın yeni “Səni unutmağa vaxtım olmadı” adlı şeirlər kitabının təqdimatı və “İmza günü” keçirilib. Dalidag.az xəbər verir ki, tədbirdə ilk söz verilən qocaman şair Əyyub Cabbarov, V.Qocanın ədəbi-bədii fəaliyyətindən geniş bəhs edib. Çıxış edənlər- Rafiq Yusifoğlu, Məhəmməd Cəbrayılov, Namiq Dəlidağlı, Əkbər Qoşalı, İbrahim

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 80.7 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Dalidag.az xəbər verir ki, AAYDA-dan verilən məlumata görə, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2-3 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası Quru Qoşunlarının 64-cü Əlahiddə Motoatıcı Briqadasına “Mühafizəçilər” fəxri adı verib. Dalidag.az xəbər verir ki, bu barədə sərəncam Kremlin saytında dərc olunub. Ukrayna hakimiyyəti bildirib ki, təltif olunan bu briqadanın hərbçiləri Buça qətliamında iştirak ediblər. Sənədin mətnində qeyd olunur ki, fəxri ad “silahlı münaqişələrdə Vətənin və dövlət maraqlarının müdafiəsi istiqamətində aparılan döyüş əməliyyatlarında briqadanın şəxsi

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. Dalidag.az xəbər verir ki, sərəncamla 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1 500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat

Qazaxıstan da buğda ixracatına qadağalar tətbiq edir. Mərkəz Asiya ölkəsi bunu qlobal qıtlıq təhlükəsi ilə əlaqələndirir. Hər il xaricə 1 milyard 137 milyon dollarlıq buğda satan Qazaxıstan dünyada 9-cu ən böyük ixracatçıdır. Bundan əvvəl də, 8 milyard dollarlıq ixracatı ilə dünyada xaricə ən çox buğda satan Rusiya və eləcə də, 3,5 milyard dollar eksport ilə ilk beşliyə daxil olan Ukrayna da satışı dayandırmışdı. Göründüyü kimi, dünyada ən çox buğda ixrac edən ilk onluq ölkəsindən 3-ü xaricə
Yazı axını