Bakı Mühəndislik Universitetində Kəlbəcər rayonunun Başlıbel kəndindən olan ziyalıların bir qrupu ilə Milli Məclisin deputatı Aqil Məmmədovun görüşü keçirilib. Dalidag.az Koordinat.az istinadla xəbər verir ki, işğaldan azad edilmiş Başlıbel kəndinin bərpasına və quruculuğuna həsr olunmuş görüşdə Kəlbəcər İcra Hakimiyyəti Başçısının birinci müavini Eldəniz Mehdiyev, YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov da iştirak edib. Görüşün təşəbbüskarı və təşkilatçısı, Başlıbel kənd orta

Bu torpağı Vətən edən oğullardı. O oğullar ki, yeri gələndə bir qarış torpaq üçün canını əirgəməz, qanıyla suvarar müqəddəs Vətən torpağını. Düşmənə aman verməz, bayrağını uca tutar. Minlərlə oğulun qanı hopmuş torpağın bir adı da Şəhiddir. Müqəddəs şəhid ruhlarının pərvaz etdiyi Vətən göyləri illərdir canını sıxan qara buludlardan azad olub indi. Birliyin, Vətən sevgisinin, qisas hissinin bir yumruğa çevirdiyi ulu millətin Qələbəsi Kəlbəcər dağlarında da əks-səda verdi. Yüzlərlə oğulun şəhid

Ermənistan rəhbərliyi özünün regiondakı mənasız mövcudluğunu nümayiş etdirmək cəhdlərinə əl ataraq, müxtəlif provokasiyalar həyata keçirərək hazırda bütün dünyanın diqqətinin Ukraynada olduğu bir vaxta hamıya şikayətlənmək xəttini tutub. Dalidag.az xəbər verir ki, bu barədə “Caliber”in “Youtube” kanalında yayımlanan növbəti materialda qeyd olunub. “ATƏT-in Minsk qrupunun faktiki olaraq yoxa çıxması isə Ermənistan hakimiyyətində təmsil olunanların sinir sistemlərini daha da sıradan çıxarıb” –

Azərbaycan ordusu strateji əhəmiyyətli Fərrux dağında möhkəmləndikdən sonra Ermənistan rəhbərliyi davamlı olaraq Kremlə şikayətlər ünvanlayır. Bugünlərdə Baş nazir Nikol Paşinyan da hökumətin iclasında bildirib ki, Rusiya Azərbaycan silahlı qüvvələrinin Fərrux dağından geri çəkilməsini təmin etməlidir. Bu barədə Moskvadan Azərbaycana hansısa təzyiqlərin edilib-edilmədiyi məlum olmasa da, ordu birləşmələrinin Fərrux dağından çıxarılması müzakirə mövzusu deyil. Rusiya isə bölgədəki sülhməramlı

Qarabağla bağlı Qərb və Rusiyanın yarışı başlayıb: hər iki cəbhə öz masasında əldə olunan razılaşmanın icrasına çalışır və hər iki masadakı razılaşmalar bu və ya digər formada Bakının maraqlarına uyğundur. Və bu vəziyyət Azərbaycana təzyiq imkanlarını da azaldır: Moskva “bizim masada əldə olunan razılaşmalar yerinə yetirilməlidir” desə, Bakı razıdır, analoji hal Qərbə də aiddir. Hər iki cəbhə onu da anlayır ki, Azərbaycanın maraqlarına uyğun olmayan şərtlərdə Bakının alternativi var. Bu
Yazı axını