“Azərbaycan ordusu Müdafiə Nazirliyindən aldığı tapşırıqların icrası ilə məşğuldur”. Dalidag.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. O, Azərbaycan ordusunun Tərtər rayonunun (keçmiş Ağdərə rayonu - red.) Yarımca kəndi istiqamətində olan mövqelərdə möhkəmlənməsinə dair xəbərlərə münasibət bildirib. Hərbi ekspertin sözlərinə görə, erməni mətbuatının nə yazmasından asılı olmayaraq, Azərbaycan ordusunun qarşısında konkret tapşırıqlar

Təhməz Cəfərov Təhməz Cəfərovun şəkildəki gülümsər üzünə baxanda onunla onbeş ildən artıq birgə işlədiyim günlərim və ondan sonrakı qaçqınlıq illərində həsrətli görüşlərimiz yadıma düşdu. Aramızdan vaxtsız gedənlər haqqında danışmağımız həmin şəxsin özünü əks etdirməlidir. Amma bəzən elə təriflər olur ki, yerinə düşmür,yamaq olur. El-obası, xalqı üçün çalışmışlar haqqında isə nə qədər təriflər yazılsa onun şəxsiyyətində zər-ziba kimi tikilib qalır. İndiki nəsil üçün örnək, həyat məktəbi olur..

Bu gün Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Qəbələ rayonu, Zarağan-1 qəsəbəsi, Kəlbəcər rayon 31 saylı tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir. Dalidag.az -ın məlumatına görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı RİH-in məsul əməkdaşları rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının məsul işçiləri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak

"Azərbaycan Dəmir Yolları" QSC Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası ilə bağlı son vəziyyəti açıqlayıb. Dalidag.az-ın məlumatına görə, qurum bəyan edib ki, xəttin layihələndirilmə və tikinti işlərini, həmçinin texniki nəzarəti Azərbaycan və Türkiyə şirkətləri yerinə yetirir. Dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km-dir. Layihə çərçivəsində Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd olmaqla ümumilikdə 9 stansiyanın inşası planlaşdırılır. Eyni zamanda

Ukraynada yaşanan böhran nəticəsində Moldova Respublikası ərazisinə keçmiş ukraynalı məcburi köçkünlərin ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələrindən ibarət humanitar yardım bu gün Moldovaya yola salınıb. Məbləği 1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardımın Kişinyov hava limanına çatdırılması üçün təyyarə 15 aprel saat 10:00-da Heydər Əliyev adına Beynəlxalq Hava

"Şuşa məsələsi 1996-cı ildən danışıqlar masasında idi, bu məsələ həll olunmayınca heç bir nizamlanmadan söhbət gedə bilməzdi". Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 14-də parlamentdə çıxışında müharibənin Şuşa uğrunda getdiyini deyib. "Keçmiş prezident Serj Sarqsyan Şuşanı verəcəkdimi? Verməyəcəkdi. Müharibə başlasaydı, o təkcə Şuşanı deyil, Qarabağın bir hissəsini də verəcəkdimi? Laçın dəhlizinin eni barədə heç bir danışıq sənədində heç nə yox idi, bu sonra müzakirə olunacaqdı. Sonra

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi müşaviri Filip Tişu ilə görüşüb. Komitədən Dalidag.az - a verilən məlumata görə, bildirilib ki, Prezident İlham Əliyev keçmiş məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Məcburi köçkünlərin təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan gizlicə Qarabağa gedib. Dalidag.az xəbər verir ki, bu iddia “Hraparak” qəzeti yazıb. Erməni nəşri mövzunu belə davam etdirib: “İrəvana qayıdarkən yolda müxalifətçilər onun avtomobili ilə qarşılaşıblar. Müxalif deputatların sözlərinə görə, onlar Abazyanı Qarabağdan çıxarkən görüblər. Biz ancaq fərziyyələr irəli sürə bilərik. Belə çıxır ki, ya Nikol Paşinyan vəziyyəti yerindəcə öyrənib ona məruzə etmək üçün Abazyanı “Artsax”a

7 rayonu Azərbaycana təhvil versəydim, minlərlə həyat xilas etmiş olardım”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı deyib. O qeyd edib ki, bunu etmədiyi üçün minlərlə itkiyə səbəb olan qərarların müəllifi olub: “Bu gün beynəlxaq ictimaiyyət bizə açıq şəkildə deyir ki, Türkiyənin mütəffiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmaq Ermənistan üçün böyük təhlükədir”. Paşinyanın çıxışında 44 günlük müharibəki itkilərindən də danışıb. Onun

Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən yeni avtomobil yolunun inşası layihəsi çərçivəsində İncəçay üzərində 85 metr uzunluğa malik avtomobil körpüsünün tikintisinə start verilib. Dalidag.az-ın Avtomobil Yolları Dövlət Agentliyinə istinadən verdiyi məlumata görə, körpü 3 aşırımlı olmaqla inşa edilir və eni 14,5 metr təşkil edəcək. Hazırda körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, həmçinin bünövrələrin tikintisi aparılır. Körpü qüvvədə olan normativ yüklərə görə, 9 bal
Yazı axını