Reklam
O, "Nicat yolu" adlandırdığımız Murov-Toğana-Göygöl yolunun ideya müəllif olmuşdur
16-04-2022 10:46
Təhməz Cəfərov
Təhməz Cəfərovun şəkildəki gülümsər üzünə baxanda onunla onbeş ildən artıq birgə işlədiyim günlərim və ondan sonrakı qaçqınlıq illərində həsrətli görüşlərimiz yadıma düşdu. Aramızdan vaxtsız gedənlər haqqında danışmağımız həmin şəxsin özünü əks etdirməlidir.
Amma bəzən elə təriflər olur ki, yerinə düşmür,yamaq olur. El-obası, xalqı üçün çalışmışlar haqqında isə nə qədər təriflər yazılsa onun şəxsiyyətində zər-ziba kimi tikilib qalır. İndiki nəsil üçün örnək, həyat məktəbi olur.. Belə bir şan-şöhrətə layiq Kəlbəcərin rəhbər işçilərindən biri olmuş Təhməz Cəfərov haqqında uzun-uzadı yox, çox qısaca deyirəm ki, rayonumuzun əhalisi Təhməz Cəfərovu niyətsiz, qərəzsiz, təmiz, işgüzar adam kimi tanıyırdılar. Kəlbəcərin kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, türünçülük və heyvandarlıq sahəsinin inkişafinda onun çox böyük əməyi olmuşdur. Rayonumuz iqtisadi cəhətdən ən imkanlı rayonlar cərgəsinə çıxa bildi. Rayon əhalisinin sosial həyat şəraitləri ilbəil yaxşılaşdı.
O, "Nicat yolu" adlandırdığımız Murov-Toğana-Göygöl yolunun ideya müəllifi, bir başa təşkilatçılarından biri, bəlkə də birincisi olmuşdur. Elə bir gün olmazdı ki, o. yol işçilərinin yanında olub onların qayğıları ilə maraqlanmamış olsun.
Qısa bir müddətdə çəkilən xəyala gəlməyən Murov yolu ilə Kəlbəcər əhalisi beş ilə yaxın bir müddətdə çətinliklərlə üzləşsələe də özlərinin ehtiyaclarını ödəyə bildilər.
Bu yolla qərbi Azərbaycanın yüz mindən, Laçın rayonunun otuz mindən, Kəlbəcər rayonunun altmış mindən çox olan əhalisi erməni təcavüzündən qurtula bildilər. Elə bu səbəbdən də gün gələcək Təhməz Cəfərov başda olmaqla bu yolun çəkilməsinə rüsxət verənlərin və çəkən mühəndis-mexanizatorların Murov dağının zirvəsində hekəlləri ucalacaqdır.
Başladığı hər-hansı bir işi axıra çatdıran idi. İnzibatçılığı ilə yanaşı qədir-qiymət bilən idi. O, zootexnik, rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi, Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləyəndə də qərəzli mövqe tutmaqdan uzaq bir adam idi. Sadə, təvazökar, geniş, saf ürəkli olduğundan yoldaşlığından doymaq mümkün deyildi.
Dəyərli ailə başçısı, dəyərli ata, dəyərli baba, dəyərli əmi, dayı idi.
Şəxsi keyfiyyətləri haqqında qat-qat kitablar yazmaqla onun həyat yolundan söhbət açmaq mümkün olardı. Sözümün sonunda yalnız onu deyə bilərəm ki, Murov kimi buludlardan ucada duran qartallı dağın da Təhməz Cəfərov kimi qartalı olmalıymış, oldu da.
Allah, saf ürəkli dağlar oğlu əbədiyaşar Təhməz Cəfərova rəhmət eləsin. Nur içində yatsın.
Əli Uluxanlı
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 16-04-2022 10:46
Baxış sayı: 3390
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23