Reklam
Azərbaycan Ukraynaya humanitar yardım göndərdi - ŞƏKİL
15-04-2022 10:19
Ukraynada yaşanan böhran nəticəsində Moldova Respublikası ərazisinə keçmiş ukraynalı məcburi köçkünlərin ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələrindən ibarət humanitar yardım bu gün Moldovaya yola salınıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov jurnalistlərə deyib ki, Azərbaycan hökuməti hərbi əməliyyatlarla bağlı əziyyət çəkən Ukrayna vətəndaşlarına yardım məqsədilə üçüncü dəfədir ki, humanitar yardım göndərir.
Onun sözlərinə görə, yardım tibbi ləvazimatlar və dərman vasitələrindən ibarədir: "Budəfəki yardımın təqdimat yeri Moldova Respublikasıdır. Ukraynadakı müharibənin fəsadlarından əziyyət çəkən və Moldovada məcburi şəkildə müvəqqəti yaşayan Ukrayna vətəndaşlarına yardım göstərilir. Azərbaycan müharibənin fəsadlarını çox uzun müddətdir çəkən ölkələrdən biridir və müharibədə əziyyət çəkən vətəndaşlara hansı ölkədə olmasından asılı olmayaraq dövlətimiz daima dəstək olmağa çalışır. Yardımlar ehtiyac olacağı təqdirdə davamlı şəkildə göndəriləcək".
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 15-04-2022 10:19
Baxış sayı: 2225Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar






























