Aprelin 5-də “Mangal” restoranının bir hissəsində podratçı şirkət təmir işləri apararkən onun əməkdaşları tərəfindən texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində bədbəxt hadisə baş vermiş, iki nəfər xəsarət alıb. Onlar dərhal xəstəxanaya çatdırılıb və hazırda müalicələri davam edir. Hadisə ilə bağlı müfafiq qurumlar zəruri araşdırmalar aparırlar.

Bu gün Kəlbəcər rayonunun bir qrup sakini 30 ildən sonra ilk dəfə Ağdaban kəndini ziyarət ediblər. Dalidag.az xəbər verir ki, onlar ermənilərin Ağdabanda qətliam törətdikləri ərazilərə baş çəkiblər. Daha sonra Ağdaban qətliamı zamanı həlak olan şəxslərin məzarları ziyarət olunub. Bundan əlavə, səfər iştirakçıları Ağdaban kənd şəhidlərinin dəfn olunduğu Şəhidlər xiyabanında olublar. Səfərdə iştirak edən ziyarətçilər ermənilərin Ağdaban kəndində və Kəlbəcər rayonunda törətdikləri vəhşilikləri öz

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-sı axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Dalidag.az

ABŞ Prezidenti Co Bayden Rusiyaya yeni sərmayələri qadağan edən fərman imzalayıb. TASS-ın xəbərinə görə, qərarın mətnini Ağ Evin mətbuat xidməti yayıb. Qərarda göstərilir ki, ABŞ-dan Rusiyaya bir sıra xidmətlərin ixracı, təkrar ixracı və ya dolayı yolla ixracı qadağan edilir. Bu xidmətlərin siyahısını Maliyyə nazirliyi digər qurumlarla razılaşaraq tərtib edir. Bundan başqa, fərmanla Rusiyaya bütün növ yeni sərmayələr də qadağan edilib. Dalidag.az

Zülm çəkib qala qurdum – qaldı viran, talan yurdum. “Bahar fəsli - yaz ayları gələndə süsənli-sünbüllü, lalalı dağlar” kəlbəcərlilərin gözlərində dumana-çənə bürünür. Çünki 28 il idi ki, Kəlbəcərə yaz gəlmirdi. Sazın-sözün beşiyi olmuş Kəlbəcərdə özgə dilində danışırdılar. Çal-çağırlı günlərini də itirmişdi bu ulu yurd doğma kəlbəcərliləri kimi... O baharda da beləcə qan-yaş axıtdı dağ-daşlarımız, bacı-qardaşlarımız. O baharda da çəməndəki gül-çiçəklərimiz şəhid qanına bələndi, inlədi...

Aprel Zəfəri hərb tariximizin şərəfli səhifələrindən biridir. Məhz bu tarixdən - “Aprel döyüşləri”ndən sonra Qarabağda separatizmin başı ilan kimi əzilməyə başlandı. 2016-cı ilin aprel günlərində Lələtəpəyə sancılan üçrəngli bayrağımız 4 il sonra Şuşamızda dalğalandı. Bu da rəşadətli Milli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əlyevin rəhbərliyi ilə tarixə yazıldı. Aprelin 5-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında “Aprel döyüşləri - Böyük zəfərə aparan yol” mövzusunda

Şahin Zülfiqar oğlu Babaxanov 1965-ci il aprelin 5-də Kəlbəcərin Sarıdaş kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra 1983-85-ci illərdə Əfqanıstanda hərbi xidmətdə olmuşdur. 1985-86-cı illərdə Bakı «Telefontikinti»də fəhlə işləmiş, 1986-87-ci illərdə Azərbaycan Politexnik İnstitutunun hazırlıq şöbəsində oxumuş, 1992-ci ildə Azərbaycan Politexnik Universitetini bitirmişdir. Universitetdə hərbi kafedrada hərb sənətinin sirlərini öyrənərək zabit rütbəsi almışdır. 1993-cü il aprelin 4-də

ABŞ prezidenti Co Bayden Kiyevə 100 milyon dollara qədər əlavə hərbi yardım ayırmağı tapşırıb, bura tank əleyhinə sistemlər daxil olacaq. Dalidag.az bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti, eləcə də ABŞ dövlət katibi Entoni Blinkenin yaydığı bəyanatlarda deyilib. Ağ Evdən bildiriblər ki, C.Bayden ABŞ Dövlət Katibinə Ukraynaya yardım məqsədilə ABŞ Müdafiə Nazirliyinin ümumilikdə 100 milyon dollara qədər müdafiə məhsulları və xidmətlərinə, hərbi hazırlıq və təlimə ayrılmaq üçün səlahiyyət

"Biz BMT Təhlükəsizlik Şurasında veto hüququnu ölüm hüququna çevirən bir ölkə ilə qarşı-qarşıyayıq". Dalidag.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasında çıxışında deyib. Dövlət başçısı bildirib ki, Rusiya qlobal təhlükəsizliyin bütün arxitekturasını pozur. Prezident, həmçinin qeyd edib ki, Rusiyanın əməlləri qlobal aclığa gətirib çıxaracaq, böhran Afrikada, Asiyada aclığa səbəb olacaq və ölkələrin daxili siyasətində böhran yaradacaq. Zelenski BMT-ni

Google axtarış server Ukraynada hərbi əməliyyatları davam etdirən Rusiya Müdafiə Nazirliyinin saytını axtarış nəticələrindən silib. Dalidag.az xəbər verir ki, axtarışda "Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi saytı” sorğusu üzrə sayt tapılmır. Axtarış nəticəsində bu sayt əvəzinə ona həsr olunmuş Vikipediya məqaləsi, feysbuk və "VKontakte” sosial şəbəkələrindəki səhifələr, YouTube kanalı və s. çıxır. /sfera.az Dalidag.az
Yazı axını