Reklam
Kəlbəcər sakinləri 30 ildən sonra ilk dəfə Ağdabanı ziyarət etdi
07-04-2022 17:41

Dalidag.az xəbər verir ki, onlar ermənilərin Ağdabanda qətliam törətdikləri ərazilərə baş çəkiblər.
Daha sonra Ağdaban qətliamı zamanı həlak olan şəxslərin məzarları ziyarət olunub.
Bundan əlavə, səfər iştirakçıları Ağdaban kənd şəhidlərinin dəfn olunduğu Şəhidlər xiyabanında olublar.
Səfərdə iştirak edən ziyarətçilər ermənilərin Ağdaban kəndində və Kəlbəcər rayonunda törətdikləri vəhşilikləri öz gözləri görüblər.
Qeyd edək ki, Ağdaban faciəsi 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə törədilib. Həmin gün 130 evdən ibarət Ağdaban kəndi ermənilər tərəfindən tamamilə yandırılıb və yer üzündən silinib.
Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.
Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.
Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 07-04-2022 17:41
Baxış sayı: 2295Yazı axını
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
Ən çox oxunanlar


























