Reklam

“Aprel döyüşləri - Böyük zəfərə aparan yol” -ŞƏKİLLƏR
06-04-2022 15:24

2016-cı ilin aprel günlərində Lələtəpəyə sancılan üçrəngli bayrağımız 4 il sonra Şuşamızda dalğalandı. Bu da rəşadətli Milli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əlyevin rəhbərliyi ilə tarixə yazıldı. Aprelin 5-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında “Aprel döyüşləri - Böyük zəfərə aparan yol” mövzusunda konfrans keçirilib. Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının və Xətai rayon təşkilatının birgə təşəbbüsü ilə keçirilən konfransda əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Konfransın moderatoru, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, 2016-cı ilin Aprel döyüşləri ordumuzun gücünün, xalqla ordunun birliyinin, gənclərimizin vətənpərvərliyinin göstəricisi kimi tarixə düşdü. Onun sözlərinə görə, bu döyüşlərin gedişində Lələtəpə kimi yüksəklik geri alındı.

Tədbirdə çıxış edən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, aprelin 2-dən 5-dək davam edən bu döyüşlər Azərbaycan hərb tarixində mühüm yer tutur. Aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda Ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Aprel döyüşlərində də Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqının bir yumruq kimi birləşdiyini xatırladan polkovnik deyib: “Bu hadisələr göstərdi ki, Azərbaycan xalqı Qarabağın işğaldan azad edilməsi məsələsində hamılıqla birləşə bilir. Bu birlik sonradan Vətən müharibəsində düşmənin başını əzən “Dəmir yumruğ”a çevrildi”. YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov çıxışında bildirib ki, Aprel döyüşləri böyük zəfərimizin başlanğıcı idi. Onun sözlərinə görə, həmin günlər xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək öz əzmini nümayiş etdirdi: “Döyüşlərdə işğalçı Ermənistan ağır zərbələr aldı, işğal altında olan torpaqlarımızın bir hissəsi azad edildi. Məğlub olduğunu görən Ermənistanın o zamankı rəhbərliyi döyüşlərin dayandırılması üçün başqa ölkələrə yalvarırdı. Lakin düşmən nə Aprel döyüşlərindən, nə Günnüt əməliyyatından, nə də Tovuz hadisələrindən nəticə çıxarmadı. Ona görə də, 44 günlük Vətən müharibəsində işğalçılar torpaqlarımızdan qovuldu və ordumuz şanlı zəfər tarixi yazdı”. Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri, Qarabağ qazisi Anar Məmmədov Ermənistanın heç vaxt sülhə gəlmək niyyətində olmadığını, işğalçı siyasətini davam etdirmək istədiyini xatırladıb. Onun sözlərinə görə, Azərbaycan Ordusu işğalçıya öz gücünü göstərdi: “Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində erməni ordusu haqqında mif tamamilə dağıdıldı. Bütün dünya xalqımızın gücünü gördü. Dövlətimiz həm masada, həm də döyüş meydanında qalib gəldi. Bu gün dünya bizim döyüş təcrübəmizi öyrənir. Biz qalib ölkənin vətəndaşı olmaqdan qürur duyuruq”. Konfransda çıxış edən YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev illər ötdükcə Aprel zəfərinin möhtəşəmliyinin daha aydın göründüyünü söyləyib. Onun sözlərinə görə, həmin döyüşlər bir daha təsdiqlədi ki, erməni işğalı uzun müddət davam edə bilməz və Qarabağ “dondurulmuş” münaqişə deyil: “Şanlı aprel döyüşlərindən nəticə çıxarmayan Ermənistanın kriminal rəhbərliyi yenidən hərbi təxribatlara əl atdı. 2020-ci ilin 27 sentyabr tarixi onların “arzularının” tükənən günü oldu.

Yeni Azərbaycan Partiyası Kəlbəcər ryon təşkilatı
Dalidag.az




Yazı axını
13 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
Ən çox oxunanlar