Reklam
Borcunu qaytar, qanlı Murov!
06-04-2022 15:06
Şahin Zülfiqar oğlu Babaxanov 1965-ci il aprelin 5-də Kəlbəcərin Sarıdaş kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra 1983-85-ci illərdə Əfqanıstanda hərbi xidmətdə olmuşdur. 1985-86-cı illərdə Bakı «Telefontikinti»də fəhlə işləmiş, 1986-87-ci illərdə Azərbaycan Politexnik İnstitutunun hazırlıq şöbəsində oxumuş, 1992-ci ildə Azərbaycan Politexnik Universitetini bitirmişdir. Universitetdə hərbi kafedrada hərb sənətinin sirlərini öyrənərək zabit rütbəsi almışdır. 1993-cü il aprelin 4-də Murovdağda şəhid olmuşdur. Subay idi… Allah rəhmət eləsin. *
Qarşımda Şahinin öz əli ilə yazıb imzaladığı tərcümeyi-halı var. Hara, nə məqsədlə verəcəkdi bilmirəm. Bircə mənə o məlumdur ki, Şahin bu tərcümeyi-halla harasa işə girmək istəyirmiş. Zalım fələk aman vermədiyindən tərcümeyi-hal Şahin haqqında xatirə yazanlara gərək oldu… Kəlbəcərin Sarıdaş kəndində yaşayan Zülfüqar kişinin üç qız övladından sonra (Məleykə, Şölə, Qızbəst) dünyaya gələn Şahin özü ilə bitib-tükənməyən sevinc payı bəxş etmişdi valideynlərinə, yaxınlarına. Qız ataları «mənim kürəkənimin vəziyyəti necədir, ay Zülfüqar?» - deyə, Şahinin atasını təbrik edirdilər. İndi nağıla, əfsanəyə çevrilən o günlər uzaqlarda qalıb. Şahin böyüyüb gözəgəlimli bir cavana dönmüşdü. Ağlı, dərrakəsi, insanpərvərliyi ilə hamının hörmət-izzətini qazanmışdı. İllər bir-birini qovduqca Şahin də «illərin acığına» gündə bir boy ucalırdı. Şahindən sonra Şahbaz, onun dalınca Eyvaz, Elman dünyaya gəlmişdi. Şahinin ayağı sayalı olması valideynləri daha da sevindirmişdi. Şahbaz Krasnoyarskda oxuduğundan xeyli vaxt idi ki, evə gələ bilməmiş, ailənin nigarançılığına səbəb olmuşdu. Şahin təcili teleqram vurdu ki, «bəs, gəl, toy edirəm.
Gələn həftə toydur, gözləyirik». Teleqramı alan kimi Şahbaz Bakıya yola düşdü və Bakıya çatanda… …Kəlbəcər düşmən qabağında təklənmişdi. İşğal təhlükəsi getdikcə reallaşır, əhalini vahiməyə salırdı. Hərbçilərin dinc əhalidən əvvəl sərhəd məntəqələrini qoyub qaçmaları camaatın olan-qalan ümidlərini də puç etmişdi. Şahin martın 29-da kəndə gəlib bacısı Şölənin uşaqlarını Bakıya aparır. Nə illah edirsə ailələrindən bir nəfərini evdən çıxara bilmir. Eyvaz isə «Söyüdlü»də sərhəd məntəqəsində idi. Vəziyyətin ağırlığını başa düşən Şahin Bakıya çatan kimi geri qayıdır. O gün «Murovdağ» xeyriyyə cəmiyyətinə toplaşan kəlbəcərlilər rayona getmək üçün tədbirlər görür, cavanlardan ibarət dəstələr təşkil edərək mühüm məntəqələrə yola salırdılar. Şahinin hərbi rütbəli olmasına görə onu gedənlərin komandiri (bölmə komandiri) təyin edirlər. Şahinin döyüşçü dostu, Bakı şəhərində anadan olmuş, Kəlbəcərin düşmənə satılmasına dözməyərək köməyə gedərkən ağır yaralanan İlham Paşayev o dəhşətli gecəni belə xatırlayır: - Biz Bakıdan avtobusla yola düşəndə qardaşım gəlib bildirdi ki, annam rəhmətə gedib, bu gün qal, sabah gedərsən. Eşitmədim onu. Məni vurub, biqeyrət adlandırdı. Dedim ki, qardaşımdı, eybi yox. Qalmadım uşaqlardan geri. Biz yola düşüb gecə (aprelin 3-dən 4-ə keçən gecə) Xanlara çatdıq. Bölmə komandirimiz Şahin heç dözmürdü. Çünki deyirdilər ki, ermənilər Murovun zirvəsini də ələ almağa can atır. O gecə biz saat 2-yə 10 dəqiqə işləmiş Hacıkənddən Murova qalxası olduq. Bizdən əvvəl qalxan vertolyotların biri qayıtdı, o birisi yox. Texnika əvvəlcədən Murova qaldırılmışdı. Qabaqda bizim dəstə idi. Dəstə Bakıdan könüllü gəlmiş kəlbəcərli uşaqlardan və Hacıkənddən bizə qoşulan kəlbəcərli əsgərlərdən ibarət idi. «Başdöngələr»i qalxıb, «Güzgü»yə çatanda «KamAZ» yolun qar-buzuna ilişib dayandı. Elə bu an atəş açıldı. Uşaqlardan biri avtomatın qundağı ilə maşının kabinəsinin üstündən yavaşca vurdu ki, sürücü saxlasın, tökülüb piyada qalxaq. Deyəsən maşının səsini eşidib bizi hədəfə almışdılar. Elə buvax maşın gülləbarana tutuldu. Faiq birinci yaralandı. Vəziyyəti ağır idi. Yalvardı ki, onu belə qoymayaq. Dedi ki, avtomatı verin özümü vurum. Razı olmadıq, ona ürək-dirək verdik, amma deyəsən o sağalacağına ümid olmadığını görüb ara qarışanda özünü atmışdı. Maşından düşüb aralanmaq mümkün deyildi. Şahinlə Əli Yusifov maşının qabaq tərəfində (təkərin yanında) uzanaraq döyüşürdülər. Ermənilər Murovun zirvəsində olsaydılar, bizdən əvvəl qalxan texnika və vertolyotlar da vurulardı. Nə sirr idisə bilinmədi. Ancaq bizə demişdilər ki, sizə arxadan kömək gəlir… Şahin o müdhiş gecədən salamat çıxmadı. Ömrünü dağlarda qoyub aran qəbiristanlığında 15 gün «adsız şəhid» kimi uyudu. Şahbaz deyir: - Düz on beş gün axtardıq Şahini. Meyidxanalardakı tanınmaz hala düşmüş meyidləri bir-bir çevirib baxırdıq. Sən demə, iki həftə əvvəl dəfn etdiklərini bizə demirmişlər. Şahinin qardaşı deməsə də öyrəndik ki, Şahin APİ-də bir qıza könül veribmiş. Şahindən sonra ailə quran o qızın adını qəsdən çəkmədik. Bəlkə bu da tale yazısı imiş, Əzizə xala, qismətdən artıq pay ummaq olmaz. Bunu özünüzə dərd eləməyin. Şahini bir qız sevməsə də olar, təki onu Vətən sevsin, Vətənin qeyrətli qızları sevsin və üzünü görmədiyi oğlunuzun adını qəlbində əbədi saxlasın. Sonluq əvəzi Baharda dağlar gəl-gəl deyərdi. Dağ çayları coşub-daşardı. Amma o yaz bahar dağlara könülsüz gəlirdi. Mirsəyyaf demişkən: - Duyub ki, qan içir burda qərənfil, Günahsıza güllə atılır qəfil, Didərgin düşməkdən ya qorxur bu il, Bu bahar dağlara könülsüz gəlir… Qədəmləri tutmurdu baharın, Murovda yorulub qalan günahsız, əlsiz-ayaqsızlarımız kimi. Başa qara bağlayan, sinəsini ağı ilə dağlayan şəhid bacısına dönmüşdü o bahar, Murovda borana, çovğuna düşüb imdad diləyirdi, harayına hay verəni yox idi. Murov, qanlı-qadalı, boranlı-qarlı Murov, borcunu qaytar, analar səni qanlı tutur! Sənin nə günahın, elə sən də igidlərin kimi qanına qəltan olmamınsanmı? Dillən, Murov, dillən Şahinin bacıları da səni yamanlayır. Qınamıram, bacıların da günahı yoxdu. İş elə gətirib ki, sanki heç kimin, heç kəsin, heç nəyin günahı yoxdur, hamı «sudan quru, aydan arıdır». Bəs kimdir günahkar, Murov?! 28 ildən sonra qısa əlavə: Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon təşkilatının aparat işçiləri şəhidin bacıları, qardaşı I Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Babaxanov Şahin Zülfüqar oğlunun ildönümü ilə əlaqədar Gəncə şəhərinin “Şəhidlər” xiyabanında məzarını ziyarət edib əziz xztirəsini ehtiramla yad etdilər.Şəhid Babaxanov Şahin 05 may 1964-cü ildə Kəlbəcər rayonunun Sarıdaş kəndində anadan olmuşdur.Orta məktəbi əla qiymətlərlə oxuyan Şahin vətənpərvərliyi ilə də diğərlərinə nümunə olmuşdur.O, hərbi xidmətini Sovet ordusu sıralarında odlu-alovlu Əfqanıstan Respublikasında keçmişdir.Şahin Babaxanov Azərbaycan Politexnik İnistitunun tələbəsi olduğu vaxt Ermənistan silahlı birləşmələri ölkəmizə qarşı təxribatlara başlamışdır.1993-cü ilidə Şahin bir qurup tələbə yoldaşları ilə könüllü olaraq cəbhəyə yola düşmüşdür.Aprelin dördündən beşinə keçən gecə Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir.Şəhidin bacısı Məleykə Babaxanova göstərilən dövlət qayğısından danışaraq, Ali Baş Komandan möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əiyevaya şəhid ailələri adından dərin minnətdarlığını bildirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Rəsmiyyə CAMALLI, YAP
Kəlbəcər ryon təşkilatının əməkdaşı
Dalidag.az

Kateqoriya: Kəlbəcər
Tarix: 06-04-2022 15:06
Baxış sayı: 2660
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23