Reklam
Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən yol bu tarixdək inşa olunacaq
13-04-2022 17:45

Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən yeni avtomobil yolunun inşası layihəsi çərçivəsində İncəçay üzərində 85 metr uzunluğa malik avtomobil körpüsünün tikintisinə start verilib.
Dalidag.az-ın Avtomobil Yolları Dövlət Agentliyinə istinadən verdiyi məlumata görə, körpü 3 aşırımlı olmaqla inşa edilir və eni 14,5 metr təşkil edəcək.
Hazırda körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, həmçinin bünövrələrin tikintisi aparılır. Körpü qüvvədə olan normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla inşa edilir.
Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin oktyabr ayının 3-də Tərtər rayonunda təməli qoyulan avtomobil yolunun uzunluğu 22 kilometr təşkil etməklə 4 yaşayış məntəqəsini birləşdirəcək.
Sözügedən yolun 19 km-lik hissəsi II, 3 km-lik hissəsi isə IV texniki dərəcəyə uyğun inşa edilir. Müvafiq olaraq yolun layihə üzrə hərəkət hissəsinin eni 19 km-lik hissədə 9 metr, 3 km-lik hissədə isə 6 metr, torpaq yatağının eni 14 və 10 metr təşkil edəcək.
Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən yeni avtomobil yolunun inşasının 2022-ci ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
Kateqoriya: Sosium
Tarix: 13-04-2022 17:45
Baxış sayı: 2236Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























