Reklam
Sənin göz yaşını mürəkkəb edib, əməl dəftərimi yazır mələklər
27-04-2022 11:25

Fərid Muradzadə
***
Bu nə qoxusudur görən, ilahi?
Utandı bağçada bitən çiçəklər.
Ətrini ruhuma hopduran qadın,
Ətrini aparmır əsən küləklər.
Nələr çəkdiyini üzə vurmadı,
Gizli sızıldadı, yandı ürəklər.
Qürura boğulub saxladığını,
Gizləyə bilmədi qara bəbəklər.
Axan göz yaşının günahkarı kim?
-Sorsalar, dil açıb "mən" deyəcəklər.
Sənin göz yaşını mürəkkəb edib,
Əməl dəftərimi yazır mələklər.
Tanrı dərgahına yetmədi, neynim,
Yarımçıq arzular, yarım diləklər.
Ah çəkmə nə olar, qurbanın olum,
Ahından alışar göydə fəkəklər.
Nə biləsən necə olur
Nə biləsən necə olur əzizim,
Göz yaşını gizli-gizli axıtmaq.
Paralanıb, yaralanmış ürəyi
Gecələri göz yaşıyla ovutmaq.
Nə biləsən necə olur, əzizim,
Varlıq ikən yoxluğuna yön tutmaq.
Ürəyimin alovunu közünü,
Ağrılarla, acılarla soyutmaq.
Nə biləsən necə olur əzizim,
Mürgüləyən xatirəni oyatmaq
Bir pərdənin iki simin bir anda,
Segah üstə yana-yana oxutmaq.
Nə biləsən necə olur əzizim,
Yalqızlıqdan ağlı çaşıb kəm olmaq.
Dərin-dərin xəyallara qarışıb,
Ölə-ölə ötənlərə qayıtmaq.
Kateqoriya: Poeziya-nəsr
Tarix: 27-04-2022 11:25
Baxış sayı: 2452Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























