Reklam

Kəlbəcər RİH-nin təşkilatçılığı ilə şəhid ailələri və qazilərlə görüş keçirildi - ŞƏKİLLƏR
30-04-2022 13:10

Dalidag.az-ın xəbərinə görə, tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Görüşdə Kəlbəcər rayon Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələri, qazilər iştirak ediblər.

Eyni zamanda çıxış edən natiqlər qeyd ediblər ki, bu il mübarək Ramazan ayı xalqımız tərəfindən daha böyük fərəh hissi və könül xoşluğu ilə yola salınır. Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsindən və orucluğun sınaqlarından alnıaçıq çıxan vətəndaşlarımız məmnuniyyətlə bayram sevincini bölüşür, dövlətimizin rifahı və tərəqqisi üçün diləklər edilir, şəhidlərimizin ölməz ruhuna dualar oxunur. Torpaqlarımızın işğaldan azad olunması, 44 günlük Vətən müharibəsinin şanlı qələbəmizlə başa çatması məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əvəzolunmaz xidmətlərinin nəticəsidir.

Şəhid ailələri vurğulayıblar ki, torpaqlarımızı erməni işğalçılarından azad edərək Qələbə sevincini bizlərə yaşatdığına, övladlarının qisasını artıqlaması ilə aldığına, onlara göstərdiyi xüsusi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə kəlbəcərli şəhid ailələri adından dərin minnətdarlıqlarını və təşəkkürlərini bildirirlər.
Dalidag.az
































































Yazı axını
13 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
Ən çox oxunanlar