Reklam
Azər Qocayev 92 yaşlı şəhid anasını evində ziyarət etdi - Şəkillər
30-04-2022 19:45
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Kəlbəcər rayon Ağcakənd kənd sakini, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində müvəqqəti məskunlaşmış Birinci Qarabağ müharibəsində şəhidi olan Məhərrəmov Yadigar Mirzə oğlunun 92 yaşlı anası Minə Məhərrəmovanı evində ziyarət edib.Dalidag.az xəbər verir ki, rayon rəhbəri şəhid anasının qayğıları ilə maraqlanıb, Şanlı Zəfər tariximizdən söz açılıb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumruğu altında Azərbaycan xalqı, ordusu birləşmiş və düşmənə elə bir sarsıdıcı zərbə endirmişdir ki, yüz illər keçsə belə onlar bu məğlubiyyətdən özlərinə gələ bilməyəcəklər.Eyni zamanda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva daima şəhid ailələrinin, qazilərin yanındadır, onların hər tərəfli rifah halının yüksəldilməsi üçün davamlı işlər aparılır.
Şəhid Y.Məhərrəmovun anası Minə Məhərrəmovada öz növbəsində dövlət tərəfindən şəhid ailələrinə diqqət və qayğının daima göstərildiyini bildirərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 30-04-2022 19:45
Baxış sayı: 3296Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























