Mayın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib. Müasir müstəqil dövlətimizi quran və onun inkişaf yolunu müəyyənləşdirən Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində müstəsna yer tutduğunu vurğulayan Dövlət Komitəsinin sədri Rövşən Rzayev onun əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. Qeyd edilib ki, torpaqlarımızın işğaldan mütləq azad ediləcəyi

"Rusiya nümayəndəsinin BMT-də Azərbaycanı bioloji silahların laboratoriyası qurmaqda ittiham etməsi, Kremlin yeni təzyiq mexanizmdir”. Dalidag.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib. Ekspert Rusiyanın bu ittihamla post-sovet ölkələrini işğal edəcəyini planlaşdırdığını deyib: "Məhz Rusiya Ukraynada öz hərbi məqsədlərinə nail olub, Kiyevi işğal edə bilsə idi, bu ittihamlarla post-sovet ölkələrini işğal edəcəkdi. Rusiya Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi

Mayın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla görüşüb. Bu gün anadan olmasının 99-cu ildönümü tamam olan ulu öndər Heydər Əliyevin qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində sistemli dövlət siyasətinin əsasını qoyduğu qeyd edilib. Prezident İlham Əliyevin bu siyasəti davam etdirərək, məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyi, artıq onların doğma yurda qayıdışına hazırlıq

Məşhur jurnalistlər, iqtisadçı alimlər və ekspertlərin də daxil olduğu 70 erməni vətəndaşı ölkənin Baş naziri Nikol Paşinyandan Azərbaycana qarşı ərazi iddialarını unutmağı tələb edib. Dalidag.az xəbər verir ki, onlar bu tələbi Paşinyana ünvanladıqları açıq məktubda bildiriblər. “Hesab edirik ki, Ermənistanda müharibə partiyalarının zamanı geridə qalıb. Qarabağ məsələsinə aid spekulyasiyalarda özünə haqq qazandırmaq istəyən çevrilişçilərin istifadə müddəti bitib. Onlar vətəndaş müharibəsini

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində vaxtilə onunla şəxsən görüşüb həmsöhbət olan keçmiş məcburi köçkünlərin müsahibələrindən ibarət videoçarx hazırlayıb. Videoçarx Dövlət Komitəsinin rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında paylaşılıb.

Mayın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyindən verilən xəbərə görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan

Ermənistanda azərbaycanlı rejissor və aparıcının iştirakı ilə “National Geographic” sənədli filmi çəkilir. Bu barədə kinoprodüser Anna Zakaryan sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, Azərbaycan əsilli rejissor və aparıcını Ermənistan hökumətinin nümayəndəsi müşayiət edir. Zakaryanın qeyd etdiyi kimi, qarşıdan gələn çəkilişlərdən və rejissorun kimliyindən xəbər tutaraq, onun bir çox həmkarları bu layihədə iştirakdan imtina ediblər və digərlərinin də imtina etməsinə çağırış olunub.
Yazı axını