Reklam

Dövlət Komitəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilib
10-05-2022 20:45

Mayın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.
Müasir müstəqil dövlətimizi quran və onun inkişaf yolunu müəyyənləşdirən Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində müstəsna yer tutduğunu vurğulayan Dövlət Komitəsinin sədri Rövşən Rzayev onun əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. Qeyd edilib ki, torpaqlarımızın işğaldan mütləq azad ediləcəyi barədə Ulu Öndərin müdrikcəsinə söylədiyi fikirlər 44 günlük Vətən müharibəsində gerçəkləşib. Onun davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində bu müqəddəs missiyanı gerçəkləşdirib, məcburi köçkün həmvətənlərimizin doğma yurda qayıdışına imkan yaradılıb.
Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu sistemli dövlət siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi, hazırda isə böyük qayıdışa hazırlıq görüldüyü diqqətə çatdırılıb. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın məcburi köçkünlərə diqqət və qayğı göstərdiyi bir daha xatırladılıb.

Sonda Dövlət Komitəsi tərəfindən Ulu Öndərlə şəxsən görüşmüş məcburi köçkünlərdən götürülmüş müsahibələr əsasında hazırlanan videoreportaj nümayiş etdirilib.
Dalidag.az







Yazı axını
13 / 10 / 2025
12 / 10 / 2025
11 / 10 / 2025
11 / 10 / 2025
10 / 10 / 2025
09 / 10 / 2025
09 / 10 / 2025
09 / 10 / 2025
08 / 10 / 2025
08 / 10 / 2025
07 / 10 / 2025
07 / 10 / 2025
06 / 10 / 2025
05 / 10 / 2025
05 / 10 / 2025
04 / 10 / 2025
04 / 10 / 2025
04 / 10 / 2025
02 / 10 / 2025
01 / 10 / 2025
01 / 10 / 2025
30 / 09 / 2025
29 / 09 / 2025
Ən çox oxunanlar