Cavid Qənbər oğlu Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib. Dalidag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Dalidag . az xəbər verir ki, sərəncamda deyilir: "Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin". Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev növbəti vətəndaş qəbulu keçirib. Dalidag.az xəbər verir ki, görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilib və qəbula gələn Kəlbəcər rayon sakinlərinin müraciətləri dinlənilib. Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev onların problemlərini, təkliflərini aidiyyatı üzrə qeydiyyata alınmasını və İcra Hakimiyyətinin

Sosial şəbəkələrdə Qarabağdakı rus sülhməramlısı ilə erməninin dialoqu gündəm olub. Dalidag.az xəbər verir ki, söhbət zamanı rus sülhməramlısı azərbaycanlılara qarşı döyüşdüklərini və buna görə pul aldıqlarını bildirib. “Həqiqəti desəm, inanmayacaqsınız. Bir ölü azərbaycanlı üçün 300 dollar alırıq. Amma pulun kim tərəfindən verdiyini deyə bilmərəm. Mən erməniyəm və mənim erməni pasportum var”, - deyə o bildirib. Ətraflı videoda./yenipress.az Dalidag.az

Bir neçə gündən sonra bu ilin ən böyük asteroidi Yer kürəsinin yanından keçəcək. Dalidag.az xəbər verir ki, bu barədə “Sayens Alert” məlumat yayıb. “Mayın 27-də “Empaye Steit Bildinq”dən dörd dəfə böyük olan nəhəng asteroid Yerə yaxınlaşacaq. “7335” adlanan asteroid təxminən 4 milyon kilometr məsafədə planetimizin yanından keçəcək. Bu, Yerlə Ay arasındakı orta məsafədən təxminən 10 dəfə çoxdur. Kosmik qayanın nəhəng ölçüsünün diametri 1,8 kilometrdir. Yerə nisbi yaxınlığını nəzərə alaraq, NASA

Həmyerlimiz, Kəlbəcər rayonunun Çovdar kəndində anadan olan Vidadi Tofiq oğlu Murtuzayev Yevlax şəhər İcra Hakimiyyəti aparatında hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Xatırladaq ki, uzun müddət sözügedən şöbədə hüquqşunas işləyən Vidadi Murtuzayev 1972-ci il sentyabrın 3-də Kəlbəcər rayonunun Çovdar kəndində anadan olub. 1979-89 - cu illərdə orta təhsil alıb. 1990-cı ildə hərbi xidmətə gedib. Xidmətə Petropovlovsk Kamçatkada yerləşən hərbi hissədə başlayıb. Qarabağda müharibə
Yazı axını