"Bildiyimiz kimi 44 günlük müharibə ərzində əldə olunmuş qələbə ilə 30 illik fasilədən sonra Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçən il Cıdır düzündə Xarıbülbül festivalına start verildi. Ölkə başçısı cənab Prezident İlham Əliyev festivalın açılış mərasimində iştirak etdiyi zaman adət-ənənələrimizi bərpa etdiyimizi, bundan sonra da Xarıbülbül festivalının keçirilməsinə davam edəcəyimizi vurğuladı". Dalidag.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında deputat Aqil Məmmədov deyib.

Deputat Aqil Məmmədov parlamentin dünən keçirilən iclasında işğaldan azad edilən Kəlbəcər rayonuna mövsümü köçürülən təsərrüfatla bağlı məsələyə toxunub. Aqil Məmmədov bildirib ki, "seçicilərlə görüşlərdə qaldırılan məsələlər içərisində daha çox arıçılıq və qoyunçuluq təsərrüfatlarının işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisinə buraxılması istənilir. Keçən il də, bu il də təsərrüfatların rayon ərazisinə buraxılması üçün xüsusi kvota müəyyən edilib. Bu arı ailəsi sayına və qoyun

May ayının ilk günündəcə səksən ilin dizlərini qatlayıb, qamətini gənclik çağlarında olduğu kimi şux salamağı bacaran tanınmış şair Məhyəddin Məhərrəmoğlu, istedadlı olduğu qədər də sadə-səmimi, nikbin əhval-ruhiyyəli söz adamıdır. Həftə sonu AYB Mingəçevir bölməsinin xəttiylə keçirilən 80 illik yubileyində də şair öz mənəvi dəyərlərinə sadiq qaldığını bir daha nümayiş etdirdi. Səksən il qabaq Kəlbəcər rayonunun Bağlıpəyə kəndində dünyaya göz açan şairin ömür yolu enişli-yoxuşlu olsa da, bir

Mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. "Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb", - deyə qurumdan bildirilib. Dalidag.az

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyaların 9-cu iclası Şuşada keçiriləcək. Bu barədə Azərbaycanın UNESCO-dakı Milli Komissiyasından bildirilib. "Qürur hissi ilə bildiririk ki, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyaların 9-cu iclası 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçiriləcək”, - deyə məlumatda bildirilir. Bildirilir ki, bu barədə qərar Bursada, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyaların 8-ci iclasında verilib. Dalidag.az

Ukrayna Kiyevdə bir milyon insanı səfərbər etmək istəyir. Bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikov “Facebook” səhifəsində yazıb. “Ukraynanın müdafiə potensialının artırılmasını təmin edəcək proseslərə başlanılıb. Biz Rusiyaya müqavimət göstərəcək bir milyon insanı səfərbər etməyə fokuslanmışıq”, - deyə Reznikov bildirib. “Strana.ua” nəşri qeyd edir ki, Ukrayna hakimiyyəti ilk dəfə olaraq orduya səfərbər etmək istədiyi vətəndaşların sayını açıqlayıb.
Yazı axını