Reklam

Sözün- sənətin yubiley sevinci - Məhyəddin Məhərrəmoğlu - 80
14-05-2022 19:15

Səksən il qabaq Kəlbəcər rayonunun Bağlıpəyə kəndində dünyaya göz açan şairin ömür yolu enişli-yoxuşlu olsa da, bir çox “cizgiləri” ilə əlamətdardır. Hələ erkən yaşlarında Kəlbəcər ellərini gəzib dolaşan sazın-sözün sehrinə düşüb. Orta məktəbdə oxuduğu illərdə söz aləmində ilk addımlarını atıb. Ağdabanlı şair Qurbanı, Dədə Şəmşiri, Qəmkeş Allahverdini, Ənvər Rzanı, Məmməd Aslanı, Adil Cəmili... oba-oba, oymaq-oymaq tanıdan sənət sevgisi onun da könlünü əfsunlayıb. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun (İndiki ADPU) filologiya fakültəsində oxuduğu illərdə yazdığı şeirlərlə həm müəllimlərin, həm də tələbə dostlarının diqqətini cəlb edib. Ali təhsilini başa vurduqdan sonra əvvəlcə Kəlbəcərin Ağdaban kəndində dil-ədəbiyyat müəllimi, 1968-1978-ci illər aralığında Şorbulaq kənd orta məktəbin direktoru vəzifəsində çalışıb. İlk gənclik illərindən etibarən Kəlbəcərdə çap olunan qəzetin nəzdindəki ədəbi məclisin ən fəal üzvlərindən biri, sonra da bir müddət onun rəhbəri olub...


Qələm dostlarının, şəhər ictimaiyyəti nümayəndələri və həmyerlilərinin qatıldığı tədbiri AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə giriş sözüylə açaraq, yubiliyarın yaradıcılıq yollarını bir daha göz önündə canlandırdı. Bölmə tərəfindən səmərəli ədəbi fəaliyyəti və 80 illik yubileyi münasibətiylə təltif edidiyi diplomu ona təqdim etdi. Şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Rizvan Mikayıllı, “Ziyalı” jurnalının əməkdaşı Ənvər Durucalı, Mingəçevir Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru Mehman Rəsulov, gənc şairə Ayşən Rəsul, şairin qələm dostlarından Eyyub Cabbaroğlu, Bəhman Gülövşəli, Namiq Zaman, Rəşid Rəsulov, Ağabala Salahlı və başqaları çıxışlarında yubiliyarın yurd sevgisini, şəhid ucalığını, II Qarabağ Müharibəsinin xalqımıza bəxş etdiyi Zəfər sevincini, ülvi məhəbbət duyğuların və ana təbiətin gözəlliklərini əks etdirən ədəbi yaradıcılığına istinad edərək, ayrı-ayrı məqamlarda onun şeirlərindən nümunələr də söylədilər. Kəlbəcərli Aşıq Hikmət Həsənov yubiliyar şairin bir neçə şeirini saz havaları üstə ifası da hamını məmnun etdi. Məhyəddin müəllimin yaxın qohumu,-Mingəçevirin tanınmış ziyalılarından olan Vəli Quliyev şairə yönəlik diqqət və ehtiramı yüksək qiymətləndirərək, ürək sözlərini səmimi kəlmələrlə lfadə etdi.

Əzəli-əbədi yurd yerlərimiz düşmən tapdağından azad ediləndə:
Ağacdan çox düşüb vədəsiz yarpaq,
Şərəfdi Vətənin şəhidi olmaq.
İgidin al qanı tökülən torpaq,
Al-əlvan çiçəklər bitirəcəkdir.
-deyibən ürəkdən sevinən şair, Kəlbəcərdə yolunu gözləyən ata ocağına qayıdıb, ömrünün qalan hissəsini və ədəbi yaradıcılığını bu ulu məkanda davam etdirmək arzusunu çıxışının sonunda bir daha vurğuladı. Ayrı-ayrı məqamlarda çəkilən xatirə şəkilləri ilə və könülləri vəcdə gətirən ilıq kəlmələrlə sonuclanan yubiley məclisi ən şirin xatirələrdən biri kimi yaddaşlara həkk olundu.
Cabir QƏDİMOV,
"Bənövşə” ədəbi dərgisinin bədii redaktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dalidag.az











Yazı axını
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
