Namiq Dəlidağlı Orda yad əlində ata məzarı, Burda ürəyimin başı üşüyür. Misraların məni yaman kövəltdi. Bu kimi böyük poeziya yüklü misraların məni çox sevdiyim Kəlbəcərə apardı. Gedib o yerləri gəzib dolaşdım... Dərələrin dərinini, dağların ucalığını, çayların şırıltısını, bulaqların pıçıltısını duydum. Duyğularım saflaşdı... “Otel otağından reportaj” adlı şeir kitabını maraqla oxudum və düşündüm ki, səni kimi şairlər nə yaxşı ki, var! Vətən şeirləri kitabın demək olar ki, ürəyini, qayəsini

KÜLƏYƏ...YAĞIŞA...SƏNƏ ...Tanrının bircə işarəsilə coşdu külək! Qalxdı havanın təzyiqi... Saçını yolub verdi yelə, yarımçıq doğuş keçirən hamilə ağaclar.. Uladı teleqraf dirəkləri.. Çəkdiyi ağrılara tab etməyib "geniş ürək infarktı" keçirdi yaxınlıqdakı transformator... Əl-ələ tutub qoşa endilər cəhənnəmə, birgə günahlarından od alan elektrik xətləri! Qorxusundan susub çəkildi taxta evciyinə, səhərəcən ulduza hürən boz köpək.. ...Kimsə bir yarımçıq şam tapıb gətirdi, bu yandan özünü yetirdi,

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən silsilə aksiyaların nəticə verəcəyinə heç kəs inanmır. Dalidag.az xəbər verir ki, nəinki əcnəbi politoloqlar, Ermənistan daxilində də Nikol Paşinyana qarşı ciddi müqavimətin olmadığı düşünülür. Müxalifətin Nikol Paşinyanın öz taktikasına – yolların bloklanması və nəqliyyatın iflic edilməsinə əl atması da əbəsdir. Çünki yolları bloklamaq üçün etirazçılar kifayət qədər deyil. Erməni politoloq Suren Surenyan bildirib ki, hazırkı

Türkiyənin NATO müttəfiqi olacaq istənilən ölkə terror təşkilatı PKK/YPG-yə dəstək verməməlidir. Bu iki ölkə isə (İsveç və Finlandiya - red.) PKK və YPG terror təşkilatlarını açıq şəkildə dəstəkləyir. Dalidag.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavşuoğlu Almaniyanın paytaxtı Berlində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı başlamazdan əvvəl mətbuata açıqlamasında deyib. Türkiyənin NATO-ya yeni üzvlərin qəbulu məsələsində mövqeyinin səbəbinin aydın olduğunu
Yazı axını