Türkiyənin NATO müttəfiqi olacaq istənilən ölkə terror təşkilatı PKK/YPG-yə dəstək verməməlidir. Bu iki ölkə isə (İsveç və Finlandiya - red.) PKK və YPG terror təşkilatlarını açıq şəkildə dəstəkləyir.
Dalidag.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavşuoğlu Almaniyanın paytaxtı Berlində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı başlamazdan əvvəl mətbuata açıqlamasında deyib.
Türkiyənin NATO-ya yeni üzvlərin qəbulu məsələsində mövqeyinin səbəbinin aydın olduğunu deyən Türkiyə XİN rəhbəri qeyd edib ki, NATO beynəlxalq təşkilat deyil, ittifaqdır.
"NATO dövlətlərin ittifaqıdır. Bundan nə nəticə çıxır? Bu, təkcə təhlükəsizlik məsələsi deyil, bütün sahələrdə, xüsusən də təhlükəsizlikə təhdid olduqda çiyin-çiyinə həmrəylik tələb edir.
Lakin İsveç və Finlandiya PKK/YPG-yə açıq şəkildə dəstək verir. Bu, xalqımızın hisslərinə mənfi təsir göstərir. Müttəfiqlər sırasına qoşulmaq istəyən ölkə hər gün bizə hücum edən, mülki vətəndaşlarımızı, hərbçilərimizi, polislərimizi öldürən terrorçulara himayədarlıq etməməlidir", - Mövlud Çavuşoğlu qeyd edib.
Nazir əlavə edib ki, Türkiyə əvvəldən NATO-nun "açıq qapı" siyasətini dəstəkləyib. O xatırladıb ki, Türkiyə təşkilatın bəzi üzvlərinin buna qarşı çıxmasına baxmayaraq, bir sıra ölkələrin namizədliyini dəstəkləyib.
Reklam
Çavuşoğlu: İsveç və Finlandiya PKK/YPG-yə açıq şəkildə dəstək verir
15-05-2022 10:09

Kateqoriya: Sosium
Tarix: 15-05-2022 10:09
Baxış sayı: 4266Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























