Reklam

S
15-05-2022 13:22
KÜLƏYƏ...YAĞIŞA...SƏNƏ
...Tanrının bircə işarəsilə
coşdu külək!
Qalxdı havanın təzyiqi...
Saçını yolub verdi yelə,
yarımçıq doğuş keçirən hamilə
ağaclar..
Uladı teleqraf dirəkləri..
Çəkdiyi ağrılara tab etməyib
"geniş ürək infarktı" keçirdi
yaxınlıqdakı transformator...
Əl-ələ tutub qoşa endilər cəhənnəmə,
birgə günahlarından od alan
elektrik xətləri!
Qorxusundan susub çəkildi taxta evciyinə,
səhərəcən ulduza hürən
boz köpək..
...Kimsə bir yarımçıq şam tapıb gətirdi,
bu yandan özünü yetirdi,
plastik əməliyyat keçirib cavanlaşan
qədim çaxmaq daşı...!
Bir dilim alova təslim oldu
qaranlıq!
Beləcə başladı
müasir insanın
mağara həyatı....
...Tanrının bircə işarəsilə
coşdu külək!
Qalxdı havanın təzyiqi...
Saçını yolub verdi yelə,
yarımçıq doğuş keçirən hamilə
ağaclar..
Uladı teleqraf dirəkləri..
Çəkdiyi ağrılara tab etməyib
"geniş ürək infarktı" keçirdi
yaxınlıqdakı transformator...
Əl-ələ tutub qoşa endilər cəhənnəmə,
birgə günahlarından od alan
elektrik xətləri!
Qorxusundan susub çəkildi taxta evciyinə,
səhərəcən ulduza hürən
boz köpək..
...Kimsə bir yarımçıq şam tapıb gətirdi,
bu yandan özünü yetirdi,
plastik əməliyyat keçirib cavanlaşan
qədim çaxmaq daşı...!
Bir dilim alova təslim oldu
qaranlıq!
Beləcə başladı
müasir insanın
mağara həyatı....
BƏNDƏ OLA BİLMƏDİM
Hər yetənə can dedim,
Canda ola bilmədim.
Bağışla məni,tanrım,
Bəndə ola bilmədim
Ağu uddum bələkdə,
Baş açmadı fələk də.
Sən istəyən diləkdə
Kamda ola bilmədim.
And içib anda düşdüm,
Yerə yüz yöndə düşdüm.
Peyğəmbərlər dəyişdim,
Dində ola bilmədim.
Kim doğdu bizi belə
Yarı şah, yarı kölə...
O rəngdə, o biçimdə
Donda ola bilmədim.
Dolu-dolu vurdular,
Əl-əl gəzdilər məni.
Yüz ağaca bar etdi
Dili sözdülər mənı.
Aldadıb oynatdılar,
Oynatdılar atdılar...
Heç neçəyə satdılar
Əli közdülər mənı.
Nə sultanam, nə də bəy,
Xan da ola bilmədim.
Bağışla məni tanrım,
Bəndə ola bilmədim...
AĞRILARIMA...
Dolar bədəninə vaxt gözləmədən
Oxuyar üzünə hökmü ağrılar.
Hoyına,huyuna bələd duyğutək
Dolaşar canında qəfil ağrılar.
Sığıyıb zəhrini tökər yuxuna
Qara bulud kimi çökər yuxuna
Girər arzuların yaşıllığına
Doğrayar içini qafil ağrılar.
Tutar əl-qolunu təkləyər səni
Sıxıb bir bucağa saxlayar səni.
Sanki suç üstündə haqlayar səni
Asılar qapından qıfıl ağrılar...
AYRILIQ
Ayrılıqdan tez başlayır ayrılıq....
Qış başlayır yaz başlayır ayrılıq..
Yağış tökür, qar yağdırır üstümə
Hər nəfəsdə eşq də durur qəsdimə.
Hər nəfəsdə slzıldayır ciyərim
Eşq də boğur, yaş da boğur rəngimi.
Sən gedirsən...
yepyenidi hər dəfə
Sən gəlirsən...
səngimir ki, ayrılıq...
Çoxu gəlib ümid verir uşaqtək
Elə bil ki,oyuncağım sınıbdı..
Bir baxıram qoynumdadı əllərim
Bir də görrəm barmaqlarım yanıbdı...
Ayrılıqdan tez başlayır gec bitir
Ömürdən də uzun olur ayrılıq.
Saçaq-saçaq, düzüm-düzüm tellənir..
Saçlarımda hüzn olur ayrılıq...
...Qanı elə tez qaynayır qanıma,
Ondan qabaq dərdi alır canımı...
Əlim qolum sınıb düşür yanıma..
..Ayrılıqdan tez başlayır ayrılıq...



Yazı axını
13 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
Ən çox oxunanlar