Müxalifətin Nikola qalib gələ bilməməsinin səbəbi
15-05-2022 11:02

Dalidag.az xəbər verir ki, nəinki əcnəbi politoloqlar, Ermənistan daxilində də Nikol Paşinyana qarşı ciddi müqavimətin olmadığı düşünülür.
Müxalifətin Nikol Paşinyanın öz taktikasına – yolların bloklanması və nəqliyyatın iflic edilməsinə əl atması da əbəsdir. Çünki yolları bloklamaq üçün etirazçılar kifayət qədər deyil.
Erməni politoloq Suren Surenyan bildirib ki, hazırkı aksiyalarda “inqilabi resurs” yoxdur. Ona görə də onların hakimiyyəti dəyişə biləcəyi mümkün görünmür:
“Müxalifət yalnız 1 mayda maksimum etirazçı toplaya bildi – cəmi 14 min nəfər. Aksiyanın pik vaxtı isə 4 mayda idi, həmin gün etirazçılar parlament binasına doğru yürüş etdilər. Bundan sonra ya say artmalı, ya da aksiyalar dayanmalıydı. Aksiyalar dayanmadı, say isə azaldı”.
Onun fikrincə, müxalifətin iki yolu var: ya aksiyalara davam edəcək və qüvvəsini sona qədər xərcləyəcək, ya da taymaut götürəcək və daha çox tərəfdar toplamağa çalışacaq:
“Hərəkatın ən ciddi problemi lidersizlikdir. Nə ikinci, nə də üçüncü prezident buna qadir deyil. Hərəkatın liderinin elanı da ciddi problem yarada və parçalanmalara səbəb ola bilər. Əvvəla, ona görə ki, Köçəryan və Sərkisyan arasında gizli rəqabət gedir. Onlardan birinin liderliyi elan edilərsə, hərəkat parçalanacaq. İkincisi, hər iki prezidentin ictimaiyyət arasında olduqca pis reytinqi var. Cəmiyyət onların ətrafında birləşməyəcək və Fransa meydanında say heç vaxt artmayacaq”.
Surenyan xatırladıb ki, 1 mayda, hərəkatın ən aktiv vaxtında Sərkisyan və Köçəryan yox idi. Lidersizlik isə hərəkatı məqsədsiz edir. Xalq bilməlidir ki, Paşinyanı yola salsa, yerinə kim gələcək. Sərkisyan və Köçəryanı qəti istəmir. Bəs kim?
Ekspert onu da xatırladıb ki, bazası əsasən daşnaklardan formalaşan Köçəryan və komandası daha aqressivdir və polislə qarşıdurmaya meyillidir, vaxtaşırı toqquşmalar yaradırlar, Sərkisyan və Artur Vanetsyan tərəfdarları isə onlardan fərqlidir./axar.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 15-05-2022 11:02
Baxış sayı: 3215Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















