Reklam
Həmyerlimiz Yevlax şəhər İcra Hakimiyyətində yüksək vəzifəyə təyin edildi
24-05-2022 09:33
Həmyerlimiz, Kəlbəcər rayonunun Çovdar kəndində anadan olan Vidadi Tofiq oğlu Murtuzayev Yevlax şəhər İcra Hakimiyyəti aparatında hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Xatırladaq ki, uzun müddət sözügedən şöbədə hüquqşunas işləyən Vidadi Murtuzayev 1972-ci il sentyabrın 3-də Kəlbəcər rayonunun Çovdar kəndində anadan olub. 1979-89 - cu illərdə orta təhsil alıb. 1990-cı ildə hərbi xidmətə gedib. Xidmətə Petropovlovsk Kamçatkada yerləşən hərbi hissədə başlayıb. Qarabağda müharibə başlayanda onunla bərabər 120 nəfər azərbaycanlı əsgər Azərbaycana göndərilmələri üçün təşəbbüs göstəriblər. Ancaq cəmi iki nəfər ölkəmizə göndərilir ki, onlardan biri də Vidadi müəllim olub. Vətənə gəldikdən sonra V.Murtuzayev ordakı azərbaycanlı əsgərlərin öz ordu sıralarımızda döyüşmək istədiyini aidiyyəti qurumlara çatdırsa da, təşəbbüsü laqeyd qarşılanır, istəklərinin doğru olmadığı bildirilir. Azərbaycanda məlum proseslər getdiyi vaxt o daha geri dönmür, könüllü olaraq Kəlbəcər rayon hərbi komissarlığında qeydiyyatdan keçir. 1993-cü ildə rayonun işğalından sonra yaranan könüllülər batalyonuna qoşulur, Kəlbəcər uğrunda gedən döyüşlərdə, Murovda, bir neçə kəndin azad olunmsında iştirak edir və yaralanır. Hələ də bədənində qəlpə gəzdirir. 1994-cü ildə atəşkəs elan olunduqdan sonra Rusiyaya gedib, bir müddət Moskvada yaşayıb. 1999-2005 -ci illərdə Moskva Beynəlxalq İqtisadi Hüquq İnstitutunun hüquq fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra-2005-ci ildə Azərbaycana qayıdıb. Elə həmin ildən Yevlax şəhər İcra Hakimiyyəti aparatında hüquqşunas vəzifəsində çalışıb. Ailəlidir, 1 övladı var.
V.Murtuzayev 44 günlük Vətən savaşında Yevlax şəhərindəki xəstəxanaların birində yaradılmış müvafiq qərərgahda icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi kimi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Şəhid ailələrinə göstərdiyi əsl vətəndaş münasibəti onun bir vəzifə sahibi kimi bu müqəddəs işdə məsuliyyətini tam dərk etməsinin təzahürüdür.
Qeyd edək ki, Vidadi Murtuzayev məhz bütün bu səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb.
P.S. Dalidag.az ailəsi olaraq Vidadi Murtuzayevi təbrik edir, işlərində uğurlar diləyirik!

Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 24-05-2022 09:33
Baxış sayı: 21 395
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23