Reklam

Rövşən Rzayev vətəndaşları qəbul edib - ŞƏKİL
10-05-2022 16:30

Mayın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla görüşüb.
Bu gün anadan olmasının 99-cu ildönümü tamam olan ulu öndər Heydər Əliyevin qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində sistemli dövlət siyasətinin əsasını qoyduğu qeyd edilib.
Prezident İlham Əliyevin bu siyasəti davam etdirərək, məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyi, artıq onların doğma yurda qayıdışına hazırlıq görüldüyü, azad olunmuş ərazilərdə bu məqsədlə təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi, infrastruktur layihələrinin həyata keçirildiyi diqqətə çatdırılıb. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərlə bağlı məsələlərin həllini nəzarətdə saxladığı, onların müraciətlərinə xüsusi həssaslıqla yanaşdığı bildirilib.

Komitə sədrinin fərdi qaydada qəbul etdiyi vətəndaşların əksəriyyətini məcburi köçkünlər təşkil edib. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Dalidag.az




Yazı axını
19 / 05 / 2022
19 / 05 / 2022
18 / 05 / 2022
18 / 05 / 2022
18 / 05 / 2022
18 / 05 / 2022
17 / 05 / 2022
17 / 05 / 2022
17 / 05 / 2022
16 / 05 / 2022
16 / 05 / 2022
15 / 05 / 2022
14 / 05 / 2022
14 / 05 / 2022
14 / 05 / 2022
14 / 05 / 2022
14 / 05 / 2022
13 / 05 / 2022
Ən çox oxunanlar
14-05-2022 19:20
