Bir aydan artıqdır Ermənistanda davam edən etirazlar elan hədəflərinə çatmayıb. Mayın ilk həftələrində müxalifət İrəvanda və ölkənin iri şəhərlərində itaətsizlik çağırışları ilə əhalini küçələrə dəvət etsə də, yürüşlərin kütləviliyi alınmayıb. Mayın 5-dən etibarən isə polis qüvvələri müxalifət tərəfdarlarına qarşı sərt tədbirlərə başlayıb. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın rəhbərlik etdikləri siyasi qüvvələrin hakimiyyətə qarşı küçə mübarizəsinin elan olunmuş əsas məqsədi

Ermənistanın müxtəlif bölgələrində yenidən hakimiyyət əleyhinə mitinqlər keçirilir. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bu dəfə müxalifətin iştirak etdiyi aksiyaya məhbusların valideynləri də qoşulub. Etirazçılar Gümrü-İrəvan avtomobil yolunu bağlayıblar. Yerli sakinlər müxalifətə qoşularaq hakimiyyətin istefasını tələb edirlər./sfera.az Dalidag.az

Ukrayna ordusu Rusiyanın Xarkova təzyiqini azalda bilər və mümkündür ki, Rusiya ilə sərhəddə gələcək irəliləyişə təhlükə yaratsın. Ukraynanın Xarkovdan şimala və şərqə əks-hücuma keçməsi nəticəsində son 24 saat ərzində daha çox uğur qazanıb və yaxın günlərdə rus qoşunlarını Xarkovun artilleriya atəşindən uğurla çıxara bilər. Dalidag.az xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun son hesabatında deyilir. Ukrayna qüvvələri Xarkovun şimalında və şərqində bir neçə yaşayış

Dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bu xəbəri qəti surətdə təkzib edirik

Mayın 7-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, müşavirəyə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik komandirləri cəlb olunub. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə ölkəsində gedən müharibədə fərqlənən bir sıra hərbçiləri təltif edib. Onların arasında azərbaycanlılar da var. Dalidag.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb. Ukrayna Ali Baş Komandanının sərəncamına əsasən, Raqif Vaqif oğlu Əliyev və Məcid Marlen oğlu Abdulqafarov Ukraynanın “İgidliyə görə” ordeni ilə təltif olunub. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur. Xatırladaq ki, Ukrayna vətəndaşları olan

Azərbaycan Müdafiə Nazirliyi "Əsgərin kitab rəfi" adlı kitab toplama aksiyasına start verib. Dalidag.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib. "Əsgərlərimizin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliyəyə marağının artırılması məqsədilə “Əsgərin kitab rəfi” aksiyasını elan edirik. Sizi elmi, bədii, publisistik və digər janrlarda kitablarınızı Vətənimizin keşiyində duran əsgərlərimizə hədiyyə etməklə kitab toplama aksiyasına qoşulmağa dəvət edirik. Aksiya çərçivəsində toplanan

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndələyi, eləcə də, Kənd Təsərrüfatı Nazirliyi və Regional İnkişaf İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə tarixdə məcburi köçkünlərin qayıdışı və hazırlıq mərhələsi mövzusunda görüş keçirilib. Dalidag.a z xəbər verir ki, görüşdə dövlətin pilot qayıdış prosesində planlaşdırdığı addımlar, icmaların qayıdış prosesinə cəlb olunması və icmaların potensialının

Bu gün xalqımız ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, ordumuzun güc-qüdrəti ilə nail olunan zəfər sevincini yaşayır. Ötən il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazıldı, düşmən üzərində möhtəşəm qələbə qazanıldı. Vətən müharibəsindən bir ay sonra isə Azadlıq meydanında Zəfər paradı keçirən Azərbaycan bu Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Hazırda isə

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir. Dalidag.az xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəliblər. Ləziz təamlar bayramına çevrilən Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdirilir. Mayın 8-dək davam edəcək Beynəlxalq Kulinariya Festivalında Azərbaycanla
Yazı axını
 
 
 
29 / 04 / 2024