Həmyerlimiz, Kəlbəcər rayonunun Çovdar kəndində anadan olan Vidadi Tofiq oğlu Murtuzayev Yevlax şəhər İcra Hakimiyyəti aparatında hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Xatırladaq ki, uzun müddət sözügedən şöbədə hüquqşunas işləyən Vidadi Murtuzayev 1972-ci il sentyabrın 3-də Kəlbəcər rayonunun Çovdar kəndində anadan olub. 1979-89 - cu illərdə orta təhsil alıb. 1990-cı ildə hərbi xidmətə gedib. Xidmətə Petropovlovsk Kamçatkada yerləşən hərbi hissədə başlayıb. Qarabağda müharibə

Tarixin yadigarları göz bəbəyi kimi qorunur! Beynəlxalq Muzeylər Şurasının 1977-ci ildə qəbul etdiyi qərara əsasən, 18 may bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Bu gün qeyd olunduğu hər bir ölkədə ictimaiyyətin diqqətini mədəni irsə, muzeylərin vəziyyətinə, bu sahədə mövcud olan problemlərə cəlb etmək üçün əlamətdar vəsilədir.Dünyada qədim eksponatların və şəxsi

Millət vəkili Aqil Məmmədov və Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Qaradağ rayonu “Qobu Park” qəsəbəsində məskunlaşan Kəlbəcər rayon sakinləri ilə Kəlbəcər rayon 17 saylı tam orta məktəbin inzibati binasında görüş keçiriblər. Dalidag.az -ın xəbərinə görə, millət vəkili Aqil Məmmədov çıxış edərək bildirdi ki, vaxtilə ulu öndər Heydər Əliyev qaçqın və məcburi köçkünlərə daim diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsi və mənzil-məişət şəraitinin

Ermənilər Laçın şəhərindən yan keçməklə tikilən yeni avtomobil yolu ilə bağlı narahatdırlar. Ermənistanı Xankəndi ilə birləşdirəcək yeni yolun inşası Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Sənədə görə, yeni yol üç il ərzində hazır olmalıdır. Dalidag.az -ın məlumatına görə, bəzi Ermənistan KİV-ləri növbəti dəfə Azərbaycan tərəfinin inşa etdiyi yeni yoldan yazıb. Yeni avtomobil yolunun açılışından sonra Laçın

Vətən Müharibəsinin iştirakçısı Məmmədov Əlisahib Malik oğlu intihar edib. Bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat veriblər. Əslən Cəbrayıl rayonunun Sarıcalı kəndindən olan qazi günorta saatlarında özünü yaşadığı yerdə asaraq intihar edib. teleqraf.com Dalidag.az

Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın işinə başlamaq barədə razılığa gəlinib. Bunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxışında deyib.

Rusiya üçün hər şeyin daha uğurlu olacağını gözləyirdik, lakin zəif komandanlıq və hazırlığın olmaması səbəbindən hər şey dağıldı. Dalidag.az xəbər verir ki, bunu “Conflict İntelligence Team” araşdırma qrupunun həmtəsisçisi Ruslan Leviyev deyib. “İndi əməliyyat lokal döyüşlər formatına keçib. Rusiya ordusu növbəti dəfə Donbasda mühasirə yaratmağa çalışır. Bu müharibənin müxtəlif dövrlərində rus qoşunları müxtəlif ölçülü “sancaqlar” düzəltməyə çalışırdılar. Amma mən “Azovstal”dan başqa bir real

Xankəndidəki 8 saylı orta məktəbin həyətində rus fizik, hidrogen bombasının yaradıcılarından biri, siyasətçi Andrey Saxarova heykəl düzəldiblər. Dalidag.az xəbər verir ki, fizikin 101 illiyi ilə bağlı hazırlanan heykəlin bu gün açılışı da keçirilib. Qeyd edək ki, son vaxtlar Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının nəzarətində olan hissəsində rus klassik və alimlərə heykəllər qoymaq “adəti” getdikcə genişlənir. Dalidag.az

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley bildirib ki, dünya gücləri arasında münaqişə riski artıb. Dalidag.az xəbər verir ki, o bu barədə “Milley West Point” hərbi akademiyasının məzunları qarşısında çıxış edərkən danışıb. “Biz indi iki dünya gücü ilə - Rusiya və Çinlə üz-üzəyik. Bu ölkələrin hər biri əhəmiyyətli hərbi potensiala malikdir və hazırkı qaydalara əsaslanan nizamı dəyişməkdə qərarlıdır”, - deyə general bildirib. Mark Milleyin sözlərinə

Əntiqə Rəşid: Kim yalan danışır? Şahbaz, yoxsa Dilqəm..? Yadınızdadırsa, 1-2 gün əvvəl Şahbaz Quliyevin Əvəz Zeynallıya müsahibəsin paylaşmışdım. 7 il əsirlik həyatı yaşamış Şahbaz onları Kəlbəcərə Əli Həsənovun göndərdiyini söyləmişdi. Hətta əvvəlki səfərlərində Kəlbəcərdən çəkib Əli Həsənova verdikləri videonun ermənilər onu həbs etdikdən sonra kassetlər əşyayı-dəlil olaraq Şahbazın qarşısına qoyduğunu deyir. Bütün bunlara aydınlıq gətirmək üçün Dilğəm Əsgərovdan jurnalistlər açıqlama
Yazı axını