YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayonundan olan l Qarabağ müharibəsi şəhidi Vilayət Rüstəmovun Göyçay rayonunda ailəsini və xatirə bulağını ziyarət etdi. Həbib Misirov Dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı və hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirdi. Qeyd etdi ki, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və bu gün artıq həmin ərazilərdə

"Əziz dostlar, Hüseynbala Mirələmovun imzasıyla çap olunan "Ənvər Paşa" romanını mən yazmışam". Dalidag.az xəbər verir ki, bunu öz "Facebook" hesabında tanınmış şair, "Ədəbiyyat qəzeti"nin şöbə müdiri Sərvaz Hüseynoğlu paylaşıb. Sərvaz Hüseynoğlu keçmiş deputat, yazıçı Hüseynbala Mirələmov barədə söylədiyinin davamı olaraq bildirir ki, "Bütün akademiklər əsəri bəh-bəhlə, bir- birinə aman vermədən tərifləyir, amma öz imzamla çap etdirdiyim əsərlər haqqında bir cümlə yazan yoxdu", deyə fikrini

BƏƏ kapitallı şirkət olan "Expert Services FZE" MMAZM tərəfindən Ağdam Sənaye Parkının 1,2 hektarında ağır texnikaya texniki xidmət mərkəzinin təşkili layihəsi həyata keçiriləcək. Dalidag.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev deyib. Onun sözlərinə görə, Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları gələcəkdə bölgənin sənaye potensialının inkişaf

Avstraliyada dünyaya gəlmiş bu körpə anadangəlmə qüsurla doğulub. Dalidag.az-ın xəbərinə görə, uşaq ikitərəfli makrostomiya ilə doğulub. Dünyada bu xəstəlik cəmi 14 nəfərdə mövcuddur. Buna görə də uşaq sanki hər zaman gülür. Valideynlər narahat olsalar da DNT testi hər şeyin normal olduğunu göstərib. Bir neçə ildən sonra isə bu qüsuru plastik əməliyyatla aradan qaldırmaq mümkün olacaq.

Bu gün 28 May Müstəqillik Günü ilə əlaqədar Bakı şəhərində məskunlaşmış Kəlbəcər rayon ictimaiyyət nümayəndələri, ziyalılar, gənclərlə birlikdə tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı Aqil Məmmədov geniş məruzə ilə çıxış edib. Millət vəkili 20-ci əsrin əvvəlində gərgin geosiyasi vəziyyətdə Azərbaycanın ziyalılarının, dövlət xadimlərinin fədakar mübarizəsindən, Cümhuriyyət davasından bəhs edib, onların tarixi xidmətlərindən danışıb. Bildirib ki, heç bir dövlət resursu, ordusu,

“Mayın 24-də Ermənistan və Azərbaycan Milli Komissiyalarının sərhədlərin delimitasiyası və təhlükəsizliyi məsələsi üzrə iki ölkənin sərhədində baş tutan ilk iclası konstruktiv şəkildə keçirilib”. Dalidag.az -ın məlumatına görə, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan belə deyib. “Həqiqətən, mayın 24-də biz sərhəddə ilk görüşü keçirdik. Bu görüşdə biz gələcək birgə işin istisnasız olaraq təşkilati məsələlərini müzakirə etdik və bu baxımdan görüşü kifayət qədər konstruktiv hesab edirəm.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamının icrasına başlayıb. Dalidag.az xəbər verir ki, sərəncamın icrası Milli Məclisin deputatlarının, Ombudsmanın, Ədliyyə Nazirliyi yanında ictimai şuranın, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə KİV nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilir. Ədliyyə Nazirliyinin və

Bu gün Azərbaycanda Müstəqillik Günüdür. Dalidag.az xatırladır ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür. Müstəqillik Günü artıq iki ildir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq

Bu gün Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Abşeron rayonu, Xırdalan şəhəri, Kəlbəcər rayon 20 saylı tam orta məktəbin binasıda həmin ərazidə yaşayan vətəndaşlarla səyyar-görüş qəbulu keçirib. Dalidag.az xəbər verir ki, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, RİH başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, həmçinin həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak

Kəlbəcər rayon İcra Hakimiyyətində 28 may - Müstəqillik Günü münasibəti ilə tədbir keçirilib. Dalidag.az xəbər verir ki, tədbirdə RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fərqanə Əhmədova, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Kəlbəcər RİH-nin inzibati binasındakı büstü
Yazı axını