Reklam
Əfv sərəncamının icrasına başlanıldı
28-05-2022 11:29
Dalidag.az xəbər verir ki, sərəncamın icrası Milli Məclisin deputatlarının, Ombudsmanın, Ədliyyə Nazirliyi yanında ictimai şuranın, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə KİV nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilir. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrinə gələrək Sərəncamın icrasını vaxtında və yüksək səviyyədə təmin edirlər.
Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılırlar.
Ədliyyə Nazirliyinin nümayəndələri, Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə sənədləri təqdim edirlər.
Qeyd edək ki, Sərəncam ümumilikdə 213 nəfərə şamil olunub. Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Bundan başqa, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş üç nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş altı nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.
Əfv olunan şəxslər arasında üç xarici ölkənin vətəndaşı, iki qadın da var.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 28-05-2022 11:29
Baxış sayı: 3239Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























