Zəngəzur yolu açılır: Rəsmi İrəvan tarix verdi
28-05-2022 11:49
Dalidag.az-ın məlumatına görə, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan belə deyib.
“Həqiqətən, mayın 24-də biz sərhəddə ilk görüşü keçirdik. Bu görüşdə biz gələcək birgə işin istisnasız olaraq təşkilati məsələlərini müzakirə etdik və bu baxımdan görüşü kifayət qədər konstruktiv hesab edirəm. Delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti iclasının vaxtı ilə bağlı hələlik razılıq yoxdur. Lakin görüşün Moskvada baş tutacağı təsdiq olunub”.
Qriqoryan bildirib ki, gələn həftə Moskvada Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə regionda nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması üzrə üçtərəfli işçi qrupunun iclası keçiriləcək.
“Hazırda bu görüşün konkret tarixi razılaşdırılma mərhələsindədir. Görüşün gündəliyinə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 (10) noytabr tarixli üçtərəfli Bəyanatının 9-cu bəndində və 2021-ci il 11 yanvar Bəyanatında göstərilən razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlər daxildir. Bu gündəliyin delimitasiya ilə heç bir əlaqəsi yoxdur”,-deyə Mher Qriqoryan əlavə edib.
Qeyd edək ki, 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndi belə razılaşdırılıb:
“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Lakin indiyə qədər Ermənistan həmin bənddə göstərilən öhdəlikləri yerinə yetirməkdən yayınır."/cebhe.info
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 28-05-2022 11:49
Baxış sayı: 3240Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)



















