Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov Bakı şəhərində məskunlaşmış Kəlbəcərli sakinlərlə qəbul keçirib. Dalidag.az -ın xəbərinə görə, qəbulda seçicilərərin qaldırdıqları məsələlər, müraciətlər və şikayətlər dinlənilib. Dinlənilən məsələlərlə əlaqədar qeyd olunaraq bir sıra məsələlərə yerindəcə baxılıb və digər məsələr haqqında müfaviq sorğu məktublarının göndərilməsi təmin edilib. Həmçinin deputat A.Məmmədov Kəlbəcər rayonunda aparılan işlərlə əlaqəli yenı inşa edilməkdə

Bu gün 44 günlük Vətən müharibəsində Şəhid olan baş leytenant Məmmədov Cavad Səfiyar oğlunun doğum günü ilə əlaqədar adına ehsan süfrəsi təşkil olunub. Dalidag.az xəbər verir ki, mərasimdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Rayon Həmkarlar təşkilatının sədri Əli Bağırov, Rayon Mənzil Kommunal Təsərrüfat Müəssisəsinin müdiri Mübariz Aydınov, Kəlbəcər RİH Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Oruczadə, Dini Qurumlarla işin

Ukraynadakı proseslərdən az-çox aydın olur ki, Rusiya Donetskin şimalında uğur qazanmaq üçün bütün səylərini artırıb, eyni zamanda Qərbdəki kəndləri də tamamilə nəzarətə götürməklə Kiyevi vəziyyətlə barışmağa var gücü ilə məcbur etməyə başlayıb". Dalidag.az bildirir ki, bunu milli.az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib. O bildirib ki, Gürcüstan Rusiyanın əleyhinə nümayişkəranə qərarlar qəbul edərsə, növbəti hədəf ola bilər: "Kremldən gələn yeni

Dövlət sərhədlərinin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının növbəti iclası gələn həftə Moskvada keçiriləcək. Manevr.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirnin müavini Andrey Rudenko bildirib. Xatırladaq ki, mayın 22-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş keçirilib. Müzakirələr nəticəsində regional kommunikasiyaların açılması, sərhədlərin

Çexiya hökuməti Ukraynaya Sovet istehsalı olan “Mi-24” tipli bir sıra hücum helikopterləri verib. Məlumata görə, bu, ötən həftələrin birində baş verib. Helikopterlərin sayı barədə məlumat verilmir. Qeyd olunub ki, Çexiyada cəmi 7 “Mi-24” helikopteri var idi. Dalidag.az

Cavid Qənbər oğlu Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib. Dalidag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Dalidag . az xəbər verir ki, sərəncamda deyilir: "Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin". Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev növbəti vətəndaş qəbulu keçirib. Dalidag.az xəbər verir ki, görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilib və qəbula gələn Kəlbəcər rayon sakinlərinin müraciətləri dinlənilib. Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev onların problemlərini, təkliflərini aidiyyatı üzrə qeydiyyata alınmasını və İcra Hakimiyyətinin

Sosial şəbəkələrdə Qarabağdakı rus sülhməramlısı ilə erməninin dialoqu gündəm olub. Dalidag.az xəbər verir ki, söhbət zamanı rus sülhməramlısı azərbaycanlılara qarşı döyüşdüklərini və buna görə pul aldıqlarını bildirib. “Həqiqəti desəm, inanmayacaqsınız. Bir ölü azərbaycanlı üçün 300 dollar alırıq. Amma pulun kim tərəfindən verdiyini deyə bilmərəm. Mən erməniyəm və mənim erməni pasportum var”, - deyə o bildirib. Ətraflı videoda./yenipress.az Dalidag.az

Bir neçə gündən sonra bu ilin ən böyük asteroidi Yer kürəsinin yanından keçəcək. Dalidag.az xəbər verir ki, bu barədə “Sayens Alert” məlumat yayıb. “Mayın 27-də “Empaye Steit Bildinq”dən dörd dəfə böyük olan nəhəng asteroid Yerə yaxınlaşacaq. “7335” adlanan asteroid təxminən 4 milyon kilometr məsafədə planetimizin yanından keçəcək. Bu, Yerlə Ay arasındakı orta məsafədən təxminən 10 dəfə çoxdur. Kosmik qayanın nəhəng ölçüsünün diametri 1,8 kilometrdir. Yerə nisbi yaxınlığını nəzərə alaraq, NASA
Yazı axını