Reklam

Şəhid baş leytenant Cavad Məmmədovun xatirəsi anılıb - adına ehsan süfrəsi açılıb
25-05-2022 19:00


Dalidag.az xəbər verir ki, mərasimdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Rayon Həmkarlar təşkilatının sədri Əli Bağırov, Rayon Mənzil Kommunal Təsərrüfat Müəssisəsinin müdiri Mübariz Aydınov, Kəlbəcər RİH Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Oruczadə, Dini Qurumlarla işin təşkilatçısı Heydər Bəylərov, Ağcakənd İƏD üzrə nümayəndə Sənan Cəlilov,İsmayıllı RİH Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Əfqan Səlimov, İsmayıllı rayonundan olan bir qrup şəhid ailələri və şəhid Cavad Məmmədovun ailə üzvləri, yaxınları iştirak edib.

Mərasimdə Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək, şücaət göstərmiş qəhrəman oğullarımızdan o cümlədən şəhid Cavad Məmmədovdan bəhs edilərək onların tarixi qəhrəmanlıqlarından söz açılıb, şərəfli döyüş yoluna nəzər salınıb. Qeyd olunub ki, şəhid ailələri daima Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunmuşdur.

O cümlədən də, şəhid baş leytenant Məmmədov Cavad Səfiyar oğlunun ailəsi də bu qayğıdan kənarda qalmamışdır. Şəhid baş leytenant Cavad Məmmədov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “ Rəsadət” ordeni, “Vətən uğrunda” və“ Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhidin ailəsinin qayğıları ilə maraqlanıb, RİH-in daxili imkanları hesabına ailəyə maddi köməklik edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və belə bir gündə onları tək buraxmadıqları üçün rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
RİH başçısı Azər Qocayev Şəhidimizə Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləmişdir. O, bildirmişdir ki, Şəhidlərimizin döyüş yolu,
göstərdikləri şücaət və vətənpərvərlik hər zaman gənc nəsil üçün nümunə olacaqdır.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin !








Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
