Reklam
YAP Kəlbəcər rayon təşkilatının sədri şəhid Vilayət Rüstəmovun ailəsini ziyarət etdi- ŞƏKİL
29-05-2022 21:50

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayonundan olan l Qarabağ müharibəsi şəhidi Vilayət Rüstəmovun Göyçay rayonunda ailəsini və xatirə bulağını ziyarət etdi.
Həbib Misirov Dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı və hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirdi. Qeyd etdi ki, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və bu gün artıq həmin ərazilərdə abadlıq-quruculuq işləri aparılır.
Vilayət Rüstəmovun 1943-cü ildə Kəlbəcər rayonunun Təkəqaya kəndində anadan olub. Könüllü olaraq 1989-cu ildə Çərəkdar kəndinin müdafiəsinə qoşulub. 1991-ci ildə yaranan 701 saylı hərbi hissənin tərkibində döyüşüb. 1992-ci ildə Ağdaban döyüşlərində iştirak edib. 1993-cü il mart ayının 27-də Çərəkdar kəndinə Ağdərə istiqamətindən ermənilər həm havadan, həm də qurudan hucuma keçir. Vilayət Rüstəmov bu hücumun qarşısını alaraq Uzuntala adlanan istiqamətdə son gülləsinə, son damla qanına qədər qəhrəmancasına döyüşərək düşmənin atdığı sinaper gülləsindən şəhid olur.
44 günlük vətən müharibəsində həm ön cəbhədə, həm arxa cəbhədə fəal xidmət etmiş şəhidin oğlu Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon Şöbəsinin sədiri Eldəniz Rüstəmov çıxış edərək ölkə rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı müzəffər İlham Əliyevə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi.
Uca Allah dövlətimizi qorusun! Şəhidlərimizin ruhu şad olsun!
Allah Şəhidlərimizin doğmalarına səbr versin!
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 29-05-2022 21:50
Baxış sayı: 3746Yazı axını
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























