Ermənilər Laçın şəhərindən yan keçməklə tikilən yeni avtomobil yolu ilə bağlı narahatdırlar.
Ermənistanı Xankəndi ilə birləşdirəcək yeni yolun inşası Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Sənədə görə, yeni yol üç il ərzində hazır olmalıdır.
Dalidag.az-ın məlumatına görə, bəzi Ermənistan KİV-ləri növbəti dəfə Azərbaycan tərəfinin inşa etdiyi yeni yoldan yazıb.
Yeni avtomobil yolunun açılışından sonra Laçın şəhərinin tamamilə Azərbaycanın nəzarətinə keçəcəyi halda 30 ildir orada müvəqqəti məskunlaşmış ermənilərin çıxarılması gerçəkləşəcək.
Özünü Xankəndidəki separatçıların yaratdığı qondarma rejimin “ombudsmanı” adlandıran Qeqam Stepanyan bildirib ki, hazırda Laçın şəhərinin mərkəzində 150-yə yaxın erməni məskunlaşıb. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsinə kimi Laçındakı ermənilərin sayı 1500 nəfərə yaxın olub. Son vaxtlar Qarabağdakı vəziyyətin Azərbaycanın xeyrinə dəyişdiyini anlayan ermənilər müvəqəqti yaşadıqları Laçın şəhərini tərk etmək məcburiyyətində qalıb. Qeqam Stepanyanın sözlərindən belə məlum olur ki, son iki ildə 1300-dən çox erməni Laçından çıxıb gedib.
Elə Xankəndidəki separatçıları narahat edən də budur.
“Biz israr edirik ki, Laçındakı ermənilər qalıb orada yaşasın”, - deyən Q.Stepanyan Azərbaycan hakimiyyətinin Şuşa və ətraf bğlgələrdə apardığı intensiv tikinti işlərinin separatçıları ciddi şəkildə narahat etdiyini də vurğulayıb.
Xatırladaq ki, Laçın şəhərindən yan keçməklə tikilən avtomobil yolu Həkəri çayı üzərindən keçir. Bu tikinti sayəsində Ermənistanın Zəngəzur vilayətindəki Kornidzor kəndindən Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə gedən yol birləşəcək.
Uzunluğu 28 kilometr olan bu yol Laçın rayonunun 6 kəndindən keçəcək. Yolun bu ilin iyul ayına kimi istifadəyə veriləcəyi gözlənilir./modern.az
Reklam
1000-dən çox erməni Laçın şəhərini TƏRK EDİB
23-05-2022 13:55

Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 23-05-2022 13:55
Baxış sayı: 4306Yazı axını
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























