Reklam

“Qobu Park” qəsəbəsində məskunlaşan kəlbəcərlilərlə görüş keçirildi - Şəkillər
23-05-2022 16:12

Dalidag.az-ın xəbərinə görə, millət vəkili Aqil Məmmədov çıxış edərək bildirdi ki, vaxtilə ulu öndər Heydər Əliyev qaçqın və məcburi köçkünlərə daim diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görüb. Ulu Öndər siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev də fəaliyyətində qaçqın və məcburi köçkünlərə xüsusi diqqət və qayğını ön planda saxlayır.

Vətən müharibəsində böyük zəfərdən sonra geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün infrastrukturlar yenidən qurulur. Yeni avtomobil və dəmir yolları, körpülər, tunellər, hava limanları, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir.
Artıq qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsinə başlanıb. Köç prosesi pilot layihə çərçivəsində həyata keçirilir.
Kəlbəcərlilər bu gün öz doğma ocaqlarına qayıtmağın hislərini yaşamaq arzusundadılar.
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov qeyd etdi ki, Azərbaycanın 30 ilə yaxındır ki, işğal altında olan əraziləri artıq azad edilib.
Həmin ərazilərdə yenidən yaşayış məntəqələrin salınması, qaçqın və məcbur köçkünlərin öz yurd-yuvalarına qaytarılması üçün "Böyük qayıdış" planı hazırlanmaqdadır.
Cənab Prezidentin rəhbərliyi ilə tezliklə soydaşlarımızın öz doğma yurd-yuvalarına qısa müddətə qayıdışı təmin olunacaqdır.
“Açıq mikrofon” formatında, dialoq şəklində keçirilən və sakinlərin böyük maraqla qarşıladıqları bu görüşdə çıxış edən onlarla vətəndaş onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Dalidag.az











Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
