Reklam
Zakir Həsənovdan tapşırıq: Döyüş hazırlığı tədbirləri artırılsın!
07-05-2022 16:21

Mayın 7-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, müşavirəyə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik komandirləri cəlb olunub.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.
Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki, mühəndis və digər döyüş təminatının gücləndirilməsi, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi və şəxsi heyətin sayıqlığın artırılması barədə konkret tapşırıqlar verilib.
General-polkovnik Z.Həsənov döyüş hazırlığı tədbirləri, təlim və məşqlərin intensivliyinin artırılması ilə bağlı qoşun növü komandanlarına göstərişlər verib, döyüş mövqelərinin və səngərlərin möhkəmləndirilməsi, eləcə də təminat yollarının daim işlək vəziyyətdə saxlanılması barədə müvafiq tapşırıqları çatdırıb.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 07-05-2022 16:21
Baxış sayı: 3328Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























