Reklam
Məcburi köçkünlərin qayıdışı və prosesə hazırlıq mövzusunda görüş keçirilib
06-05-2022 20:02
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndələyi, eləcə də, Kənd Təsərrüfatı Nazirliyi və Regional İnkişaf İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə tarixdə məcburi köçkünlərin qayıdışı və hazırlıq mərhələsi mövzusunda görüş keçirilib.Dalidag.az xəbər verir ki, görüşdə dövlətin pilot qayıdış prosesində planlaşdırdığı addımlar, icmaların qayıdış prosesinə cəlb olunması və icmaların potensialının gücləndirilməsi, qayıdış prosesində hədəf icmaların ehtiyaclarının və gözləntilərinin dəqiqləşdirilməsi müzakirə edilib. O cümlədən, mənzil, xidmətlər, məşğulluq, kommunikasiya və koordinasiya mexanizmləri üzrə müvafiq icmalara lazımi informasiyaların verilməsi və məlumatlılığın artırılması kimi məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Dövlət Komitəsi və BMT QAK-ın nümayəndələri tərəfindən qayıdış zamanı ictimaiyyətin bu prosesdə əsas maraqlı tərəf olaraq formalaşdırılması və səlahiyyətləndirilməsi istiqamətində birgə iş və sistemli fikir mübadiləsi aparıldığı bildirilib, mövcud əməkdaşlığın daha da genişlənməsinin vacibliyi vurğulanıb.
Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 06-05-2022 20:02
Baxış sayı: 3353Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























