Ermənistan Ukraynanın işğalında Rusiyaya necə dəstək verir? - FAKTLAR

06-05-2022 10:12

Rusiyanın Ukraynaya işğal hücumunda beynəlxalq ictimaiyyət Moskvaya dəstəyə görə Belarusu qınadığı, Çinə, yaxud Hindistan kimi ölkələrə xəbərdarlıqlar etdiyi vaxt işğala əməli və informasiya olaraq dəstək verən ölkəyə diqqət yetirilmir.
Ermənistan – Rusiyanın Ukraynanın işğal edilməsi planının ən real ortağı: ermənilərin sərgilədiyi mövqe və rəsmi İrəvanın müharibədə iştirakına dair faktlar çılpaqlığı ilə ortadadır.
Və bu dəstək təkcə Ermənistanın ən azı beynəlxalq hüququ əsas gətirərək, Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə bağlı quru bəyanat belə verməməsi, öz səssizliyi ilə işğala haqq qazandırması ilə yekunlaşmır, bu ölkə həm də ictimi rəyi, informasiya resursları, humanitar yardımları, hətta silahları ilə Ukraynada işğalçı Rusiyanın yanında yer alır.
Ermənistan hakimiyyəti Ukraynada Rusiyanın işğalçı hücumu haqqında yalnız “iki dost ölkənin aralarındakı problemi tezliklə həll etməsini arzulayırıq” münasibətini bildirdi və susdu. İki məqam rəsmi İrəvanın işğalçıya dəstək mövqeyinin səbəbini izah edə bilər:
Birincisi, Rusiyanın “vassalı” olması və baş verən işğalda beynəlxalq hüquqdan yana mövqeyin Moskvanın sərt reaksiyasına zəmin yaradacağı;
İkincisi, Qarabağda hələ də qalıqları qalan separatizmin “yaşaya bilməsi” ümidləri: Ermənistan Ukrayna torpaqlarında separatizmin çiçəklənməsinin Qarabağdakı erməni separatizminə yeni imkanlar açacağını hesab edir;
Hərçənd, Ermənistanın Ukraynada Rusiya işğalına dəstəyi təkcə mövqe ilə yox, faktiki iştirakla da mövcuddur.
- Ermənistanın hərbi-siyasi rəhbərliyi Rusiya ordusunu həm canlı qüvvə, həm də texnika ilə təmin edir;
- Ermənilər ictimai dəstək aksiyaları ilə rus işğalına haqq qazandırır;
- Və “könüllü” adı altında muzdlu dəstələr Ukraynadakı qırğınlarda iştirak edirlər;
Təəccüblü deyil və bu dəstəyin mövcud siyasi vəziyyət və maraqlardan daha dərin səbəbləri var: rus-erməni işğalçılığının ortaq tarixi.
XX əsrin əvvəllərində - 1905-ci il, hətta ondan da öncə başlayaraq, bolşeviklərin Azərbaycanı işğal etdiyi 1920-ci illərə qədər törədilən türk-müsəlman qırğınları rus-erməni ittifaqının “qanlı əsəri” idi. Bu “qanlı ittifaq” hələ Çar Rusiyasının dövründə qurulmuşdu və Rusiya ermənilərin əli ilə qətliamlar törədirdi. Eyni ittifaq Azərbaycan Xalq Cümhuriyyətinə qarşı da müharibə apardı. Cümhuriyyətin süqutu və bolşeviklərin Azərbaycanı işğal etməsi “qanlı ittifaq”ın qətliamlarının birinci mərhələsinin yekunlaşması tarixi olaraq dəyərləndirilir. SSRİ dövründə Rusiyanın azərbaycanlılara, eləcə də digər millətlərə qarşı bütün məkrli planlarının başında ermənilər dayanırdı. Ötən əsrin 30-cı illərində Levon Mirzoyanların Mərkzi Asiyada törətdiyi “aclıq soyqırımı” tarixin ən dəhşətli səhifələrindəndir. 
“Qanlı ittifaq” qırğınların ikinci mərhələsinə əsrin sonlarında – 1988-ci ildən etibarən yenidən başladı. Qarabağda erməni separatizmini qızışdıran Rusiya yeni müharibə və münaqişə ocağı yaratdı.
Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı erməni soyqırımı və qətliamlarının əsas dəstəkçisi Rusiya idi. Xocalı soyqırımında iştirak edən 366-cı sovet alayı bunun əyani sübutudur. Qarabağda birgə döyüşən, qətliamlara birgə imza atan eyni ittifaq Gürcüstana qarşı “Baqramyan batalyonu” ilə analoji qırğınlar həyata keçirdi. 
30 il sonra II Qarabağ müharibəsində də erməni-rus ittifaqı Azərbaycana qarşı birgə müharibə apardı. 44 günlük müharibə boyunca Rusiya Ermənistana tonlarla silah daşıyır, ermənilərin mülki əhaliyə qarşı qırğın silahlarından istifadəsini stimullaşdırırdı: Gəncə, Tovuz, Bərdə ən yaxın tarixin qanlı səhifələridir. Şuşaya atılan “İsgəndər – M” raketi isə müharibədə Rusiya-Ermənistan ortaqlığının real faktlarından hesab edilə bilər.
Rusiya-Ermənistan işğal ittifaqının daha bir nümunəsi Qazaxıstan hadisələrində ortaya çıxdı: Rusiya KTMT qüvvələri ilə faktiki olaraq Qazaxıstana müdaxilə etdi və bu müdaxilədə əsas rolu məhz Ermənistanın baş naziri Nikol Paşinyan oynadı;
Tarix ötən əsrin əvvəlindən günümüzə qədər Rusiya-Ermənistan ittifaqının işğal müharibələrində birgə fəaliyyətinə dair faktlarla doludur.
“Qanlı ittifaq” bu gün Ukraynadakı işğal müharibəsində də birgə iştirak edir və faktlar Ermənistanın bu müharibədə Rusiyaya ən real dəstək verən ölkə olduğunu təsdiqləyir. Lakin Rusiyanın Ukraynaya qarşı təcavüz siyasətində ermənilərin iştirakı bu müharibədən öncə - 2014-cü ilin Maydan hadisələrindən sonra başlayıb. Təkcə iki faktı qeyd etmək bunu anlamağa imkan verir:
1. Poroşenko hökumətində daxili işlər naziri postunu tutan Arsen Avakovun Rusiya ilə gizli əlaqələrinə dair yetərincə məlumat var, onun vəzifədən uzaqlaşdırılmasının əsas səbəbinin də bu olduğu deyilir: Avakov öz silahlı dəstəsi ilə Ukrayna daxilində parçalanma yaradır, dövlətə qarşı sabotaj fəaliyyətləri həyata keçirir və Rusiyanın istədiyi vəziyyəti formalaşdırırdı; Ukrayna mediası erməni biznesmenlərin, ümumilikdə erməni icmasının daxili qarışıqlığın yaradılması məqsədilə müxtəlif fəaliyyətlərindən zaman-zaman bəhs ediblər;
2. Ukraynada “RESO – Zəmanət” sığorta şirkətinin rəhbəri olan erməni əsilli Sergey və Nikol Sarkisov qardaşları Rusiya bazarında da ciddi biznesə sahib idilər və onların Donbasdakı separatçılarla sıx əməkdaşlığı var idi, o cümlədən, Ukraynadakı fəaliyyətlərini Rusiyanın tapşırığına uyğun həyata keçirdikləri haqda məlumatlar var: məhz bu separat fəaliyyətlərinə görə Ukrayna dövləti tərəfindən beynəlxalq axtarışa veriliblər;
Rusiyanın Ukraynaya işğal hücumunda rus-erməni əməkdaşlığı daha aktiv, koordinasiya edlmiş şəkildə özünü göstərir. Faktlar ortadadır.
Ermənistanın Ukraynanın işğalında iştirakı:
- Rəsmi İrəvan “neytral” kimi təqdim edilən, əslində işğala haqq qazandıran mövqe sərgiləyir;
- Ermənistan Hərbi Hava Qüvvələrinin arsenalında olan SU-30 döyüş təyyarələri Ukraynanın bombalanmasında iştirak edir;
- Döyüş təyyarələrini məhz erməni pilotlar idarə edir və buna Ermənistan hakimiyyəti qərar verib;
- Ermənistandan “könüllü” adı altında muzdluların Rusiya ordusunda döyüşünə imkan yaradıldığı haqda məlumatlar var: müharibədə Rusiya ordusunda döyüşən əsgərlərin qollarında erməni bayraqlarının olması, üzərində “Armenia” yaradılan tanklar bunun sübutudur; Erməni qartalları” qruplaşmasının Ukraynanın işğalında iştirak etmək məqsədilə Putinə müracəti və bunu Rusiyanın Ermənistandakı səfirliyinə təqdim etməsi də arqumentlər sırasına daxil edilə bilər;
- Ukraynaya heç bir humanitar yardım etməyən və bunu “iqtisadi imkansızlıq”la izah edən Ermənistandan Donbas separatçılarına humanitar yardımlar axır; 
- Ermənistan ictimaiyyətində Rusiyaya dəstək aksiyalarının təşkilinə şərait yaradılır: müharibə başlayandan indiyə qədər İrəvanda Rusiyaya dəstək məqsədilə onlarla aksiya keçirilib; 
- Ermənistan mediası açıq şəkildə Rusiyanın işğal hücumunu təbliğ edir: hakimiyyət və müxalifət mediası paralel şəkildə Ukraynanın işğalına haqq qazandırır, Rusiyanın “neonasizm” iddialarını tirajlayır;
Bütün bunların Ermənistanın hərbi-siyasi rəhbərliyinin “yaşıl işıq” yandırması ilə baş verdiyi şübhəsizdir.
Simonyan, Keosanyan, Kurqinyan, Şahnazarov, Qabrielyanov, Babayan, Mirzayan, Baqdasarov, Qasparyan və başqaları...
Bunlar isə Rusiya işğalının legitimləşdirilməsi teatrında baş rolunda iştirak edən ermənilərdir.
“Ukrayana nasistlərdən təmizlənməlidir; “Ukraynada Rusiyaya qarşı çıxan hər kəs məhv edilməlidir”; “Konslagerlər açılmalı, bu müharibəyə qarşı çıxanların hamısı strelizasiya edilməlidir”; “Nüvə silahını işə salmağın vaxtıdır” və bəşəri cinayət hesab edilə biləcək bu kimi müxtəlif çağırışları məhz “yan” soyadı daşıya  bu ermənilərin dilindən hər gün eşidirik. Onlar Ermənistan dövləti və hakimiyyəti kimi Rusiyanın işğalçı siyasətinə ortaqlıq edirlər.
Bir əsr öncə azərbaycanlılara qarşı qətliamlar törədən rus-erməni işğal ittifaqı bir əsr sonra ukraynalılara qarşı qırğınlar həyata keçirir və bunun davam etməyəcəyinə heç kim zəmanət verə bilməz. Bütün bunlara rəğmən, beynəlxalq ictimaiyyət Ermənistanın müharibədə faktiki iştirakı qarşısında susur.

Asif Nərimanlı
Dalidag.az




Kateqoriya: Sosium
Tarix: 06-05-2022 10:12
Baxış sayı: 4208
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını