Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Dalidag.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Nazirin əmrinə əsasən, polis kapitanı Gündüz Akif oğlu Bəhmənli Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə rəis vəzifəsinə təyin edilib. Dalidag.az

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib Mövqelərimiz heç bir səbəb olmadan snayper tüfəngi və qumbaraatan da daxil olmaqla müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub. Dalidag .az xəbər verir

Kəlbəcər istiqamətində gərginlik davam edir. Ermənilərin Laçın-Ermənistan sərhədində yerləşən postlarımıza gedən yolu bağladıqları barədə xəbər yayılıb. Dalidag.az xəbər verir ki, konkret.az-ın Teleqram kanallarına istinadla əldə etdiyi məlumata görə, Kəlbəcər istiqamətində mövqelərimizin qarşısında möhkəmləndirmə işi aparan ermənilərə məxsus traktor vurulub. Ermənilər də buna cavab olaraq Laçın-Ermənistan sərhədində yerləşən postlarımıza gedən yolu bağlayıblar. Əlavə məlumat veriləcək.

Daha bir soydaşımız yurd həsrətilə dünyasını dəyişdi. Dalidag.az xəbər verir ki, iqtisad elmləri namizədi, dossent Rəhman Verdiyev 86 yaşında vəfat edib. Qeyd edək ki, aqrar sahə üzrə tanınmış alim Rəhman Xəlil oğlu Verdiyev 1935-ci ildə Kəlbəcər rayonunun Yanşaq Kəndində anadan olub. Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakultəsini, Moskvada ixtisası üzrə aspiranturanı bitirib. “Azərbaycanın dağlıq rayonlarında kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılması və

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. "Azərbaycan Ordusunun bölmələri

Yevlax rayonunun Ərəş kəndində məskunlaşmış, Kəlbəcər rayonundan məcburi köçkün, Bakı Dövlət Universitetinin Şəki filialının I kurs tələbəsi yetkinlik yaşına çatmamış Təhməzli Rəvanə Məmməd qızı 12 noyabr 2021-ci il tarixində Allahverdiyev Elgiz Təbriz oğlu və dostları tərəfindən oğurlanıb. Valideynlərinin Dalidag.az-a verdiyi məlumata görə, onlar qızı Oğuz rayonunun Söyüdlü kəndinə aparıblar. Bir sutkaya yaxındır ki, qızın yaxınları Yevlax rayon Polis İdarəsinin qarşısında naçar durumda

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Çaykənd kəndindən videogörüntülər yayıb. Dalidag.az görüntüləri təqdim edir:

Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin hərbi polis bölmələri il ərzində 8 min avtomobilin (200 maşın karvanı) təhlükəsiz keçidini təmin edib. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tikinti materialları və ərzaq daşıyan ağır yük maşınları Şuşa-Qırmızı Bazar-Kəlbəcər marşrutu üzrə və əks istiqamətdə müşayiət edilir. “Rusiya sülhməramlı kontingentinin Qarabağda fəaliyyətinin birinci ili ərzində tikinti materialları daşıyan səkkiz mindən çox

Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsində (Ömər aşırımı) hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə yolun qardan və buzdan təmizlənməsi istiqamətində mütamadi olaraq fasiləsiz işlər aparılır. Dalidag .az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Məlumata görə, yolun təmizlənməsinə ümumilikdə 12 maşın-mexanizm və texnika cəlb edilib. Maşın-mexanizm və texnikaların Ömər aşırımında fasiləsiz xidmətini
Yazı axını
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024