Reklam

Ülfət Kərimovun anım günü qeyd edildi - Şəkillər
28-03-2023 10:39

Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, torpaqlarımıza olan erməni təcavüzü zamanı vətənpərvər qəhraman oğullarımızdan biri olan Ülfət Kərimov yurd yerlərimizi qorumaq üçün qəhrəmanlıqla mübarizə aparıbdır. Erməni vandallarının törətdikləri qətliamlara, soyqırımlara, vəhşiliklərə dözə bilməyən qəhrəmanımız vətən yolunda canlarından keçərək şəhid olubdur.



Şəhid Ülfət Kərimovun komandiri polkovnik-leytenant Çingiz Əliyev, kəşfiyyat bölüyünün komandiri polkovnik-leytenant Bəhram Ağakişiyev, döyüş yoldaşı tankçı Elşən Zamanov, Kəlbəcər rayon ziyalısı Əli Abdullayev, Dalidag.az saytının təsisçisi və baş redaktoru Namiq Dəlidağlı çıxış edərək Ülfət Kərimovun qəhramanlığından, keçdiyi şərəfli döyüş yolundan danışdılar.





Şəhidin anası Fatma xanım Kərimova bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz şirin canından keçən oğlum Ülfət Kərimov kimi qəhraman şəhidlərimizin ruhları indi şaddır. Qəhraman oğullarımızın igidliyi sayəsində torpaqlarımız işğaldan azad edildi və oğlumun qisası alındı. Bu gün Ülfət Kərimovun doğulduğu Kəlbəcər rayonu azaddır.
Ruhun şad olsun!
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.
Dalidag.az

























Yazı axını
13 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
Ən çox oxunanlar