Toğanalı-Kəlbəcər avtomobil yolu, Ömər aşırımı qardan təmizlənir. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli videogörüntü paylaşıb./axar.az Dalidag.az

Elşən Əzim Kəlbəcər İlahi, cənnətin ortasındayam, O dağ Kəlbəcərdi, bu dağ Kəlbəcər. Zəfər günəşini payızda görüb, Çiçəyi çırtlayan budaq Kəlbəcər. Salam, a güzgülü göllər, gəlmişəm, Salam, a çəmənlər, çöllər, gəlmişəm. Məni qocaldıbdı illər, gəlmişəm, Səni sarsıtmayıb sınaq, Kəlbəcər. Gəldim, dərd ömürdən uzun olmadı, Dinən Tərtər oldu, sazım olmadı. Sinəm söz bağladı, lazım olmadı- Nə qələm, nə də ki, varaq, Kəlbəcər. Elə yandırıbdı bu həsrət, elə, Kül edib bu hicran, bu möhnət, elə...

"İnanırıq ki, bizim böyük inam və ümidlə Sizə etdiyimiz müraciətimizi cavabsız qoymayacaqsınız!" Kəlbəcərli Milli Qəhrəmanların ailə üzvləri Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri, hazırda həbsdə olan Eldar Həsənovun azad olunması xahişi ilə Prezidentə müraciət etdilər. Dalidag.az sözügedən müraciəti təqdim edir: "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Böyük Qayıdışın memarı cənab İlham Əliyevə

"Eldar Həsənovun səhhətinin pisləşməsinə görə, o yenidən Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalına stasionara köçürüldü" D alidag.az xəbər verir ki, bu barədə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov vəkili Cavad Cavadov məlumat verib: "Son 20 gündə səhhəti kəskin pisləşmiş, mövcud olan vertiqo, hipertoniya digər xroniki xəstəlikləri irəliləmişdir. Məhkəmədə dəfələrlə huşunun itirilməsinə görə dəfələrlə fasilə

Daha bir kəlbəcərli ana yurduna qovuşmamış bu dünyadan köç etdi. Dalidag.az xəbər verir ki, əslən Kəlbəcərdən olan tanınmış jurnalist, filologiya üzrə fəlsəfə doktoru, "Bütöv Azərbaycan" qəzetinin redaktoru, Kəlbəcər ədəbi mühitinin tədqiqatçısı, "Kəlbəcər yolu" İctimai Birliyinin sədri İlham Məmmədliyə ağır itki üz verib. Alimin anası Firəngiz xanım haqqın rəhmətinə qovuşub. Allah rəhmət eləsin! Dalidag.az ailəsi olaraq, İlham müəllimə anasının vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı

Kəlbəcər rayon Təhsil şöbəsinə yeni müdir təyinatı olub. Dalidag.az xəbər verir ki, müvafiq əmrlə Namiq Rəcəbov Kəlbəcər Rayon Təhsil Şöbəsinə müdir təyin edilib. Qeyd edək ki, N.Rəcəbov bundan əvvəl Kəlbəcər rayon 31 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Dalidag.az

“Başlıbel kəndi rayonla 64 km məsafədə yerləşdiyindən, 2 aprel 1993-cü ildə Kəlbəcərin işğalından gec xəbər tutduq. Başlıbel kəndinin rayona çıxış yolu “Tunel”dən keçirdi. Kəndi tərk edən maşınlar geri qayıtdılar. Dedilər ermənilər artıq “Tunel”i tutublar. Sakinlər kənddən dağ yolu ilə piyada çıxmağa başladılar. Camaat heç paltar belə götürə bilmədi”. Dalidag.az xəbər verir ki, bu sözləri modern.az-a 113 gün düşmən mühasirəsində qalan Başlıbel sakini Habil Sönməzoğlu babasının qalıqlarının

Unudulmuş unudulmazlar KƏLBƏCƏRƏ GEDİRİK, TAHİR! Sən ki, həmişə öndə olardın, haradasan, ay dağlarda ürəyini qoyub gələn eloğlum... Hamıdan daha çox haqqın çatırdı ki, Murovdağı ilk aşıb dağılan yurduna ayaq basasan, axı, 5-6 il idi ki, "çomaqla" qoruyurduq o dağları, qardaş... Yerin hər zaman görünəcək HAŞİYƏ : Allah sənə rəhmət eləsin, qardaş! Yerin həmişə görünür hər yerdə. Kəlbəcəri canıyla-qanıyla qoruyan əmioğlu, son ümidlərinin qırıldığı gün - 1993-cü il aprelin 2-də Aşağı Qılınclı kənd

Qızıl payız işğaldan azad edilmiş Kəlbəcər rayonunda gözəl görüntülər yaradıb. Dalidag.az xəbər verir ki, Baku TV Kəlbəcər rayonundan yeni görüntülər hazırlayıb. Kadrlarda Kəlbəcərin məşhur “İstisu”yu da əks olunub. Ətraflı videonu təqdim edirik: Dalidag.az

Avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olarkən Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimindən dərhal sonra genişmiqyaslı tikinti işlərinə başlanılıb. Dalidag.az xəbər verir ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80.7 km təşkil edir. Layihənin 13.5-cı km-lik hissəsindən Murovdağ silsiləsi
Yazı axını
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024