Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri mühüm əhəmiyyətə malikdir. Bu səfər unudulmaz məqamları ilə tarixə düşdü. Kəlbəcərlilər bu səfəri çoxdan gözləyirdi. Dalidag.az xəbər verir ki, bunu teleqraf.com-a Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov deyib. O bildirib ki, müasir Azərbaycan tarixində Kəlbəcərə ilk səfər edən cənab Prezident oldu: “Bu məqam həm cənab Prezidentin tərcümeyi-halında, həm də Kəlbəcərin

Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər şəhərindəki N saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub. Dalidag.az xəbər verir ki, Kəlbəcərə səfəri zamanı dövlətimizin başçısı “İstisu” sanatoriyasında da olub, Kəlbəcər-Laçın rayonunun Minkənd yolunun çəkilməsi işlərinə baxıb.

Prezident İlham Əliyev Kəlbəcər şəhərində dövlət bayrağını ucaldıb və burada çıxış edib. Dalidag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar. Dalidag.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub, Kəlbəcər Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olublar. Daha sonra 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışını ediblər. Səfər çərçivəsində dövlət başçısı Kəlbəcər-Laçın

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 16-sı saat 18:45-dən 19:30-dək Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Dalidag.az -ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti

Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub. Dalidag.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 15-i saat 19:00-dan 19:25-dək Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. Bundan əlavə saat 20:37-dən 22:40-dək Rusiya sülhməramlılarının

Daha bir kəlbəcərli şair yurd-yuvasına qovuşmadan dünyasını dəyişdi. Dalidag.az xəbər verir ki, Kəlbəcər ədəbi mühitində özünəməxsus yeri olan Əlqəmə Əmrahoğlu vəfat edib. Mərhum şair Dədə Şəmşir nəslindəndir. Şəhid atasıdır. 1992-ci ildə Ağ­da­ban faciəsi baş verərkən hərbi xidmətdə olan oğlu Ziyyəddin Məmmədov kəndin müdafiəsi zamanı həlak olub. Qeyd edək ki, Əl­qəmə Əm­rah oğ­lu Məm­mə­dov 1936-cı il­də Kəl­bə­cər ra­yo­nu­nun Ağ­da­ban kən­din­də ana­dan olub. Gənc­lik il­lə­rin­dən şeir

Avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir. Dalidag.az

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və paraolimpiyaçı cüdoçu İlham Zəkiyev Vətən müharibəsi qaziləri ilə görüşüb. Dalidag.az -ın xəbərinə görə, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, cüdo idman növü üzrə Azərbaycan paraolimpiyaçısı , "Şöhrət" ordeninə, "Əməkdar idman ustası" adına, "Tərəqqi" medalına , "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülmüş və 2016-cı ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmiş ikiqat

Kəlbəcər Rayon İcra Hakimiyyətinin (RİH) Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin sabiq müavini, şəhid Arif Əliyevin yerinə təyinat olub. Dalidag.az-ın unikal.org-a istinadən məlumatına görə, bununla bağlı Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev əmr imzalayıb. Əmrə əsasən, Zahir İsmayılov Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini təyin olunub. O, bu təyinatadək Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mühasib vəzifəsində çalışıb.
Yazı axını
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024