Reklam
Əvəz Həsənovun yarımçıq qalmış arzuları...
28-11-2022 14:36
Kəlbəcər rayonunun dəyərli ziyalılarından olan Əvəz Həsənovun ölümündən bir il keçdi. Əvəz Həsənov 1971-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşdur. Beş yaşında olarkən özündən böyük dayısı Şaiq Başlıbel kənd orta məktəbinin birinci sinfinə gedərkən Əvəz ağlayıb dayısı ilə birlikdə məktəbə getmək isrədiyini bildirmiş, babası Yusif kişi onun sözünü yerə salmamış və məktəbə gətirmişdi. Sinif müəllimi Sona müəllimə onu böyük sevinclə qarşılamış.və ona xüsusi qayğı göstərmişdir.
Balaca Əvəzin boyu partaya çatmadığından Sona müəllimə öz evindən onun üçün döşəkçə də gətirmişdi. Əvəz dərslərdə olduqca fəal olduğundan sinif yoldaşlarının çoxundan yaxşı oxuyurdu. O, 1986-cı ildə Başlıbel kənd orta məktəbini bitirərək elə həmin il də Azərbaycan Dövlət İncəsənət
Universitetinə daxil oldu. Universiteti bitirdikdən sonra təyinatını Bərdə rayonuna versələr də , Bərdədə qısa müddət işlədikdən sonra doğma Kəlbəcərdə işləməyi üstün tutaraq iş yerini oraya dəyişmişdir. 1992-ci il respublikaçızda 70 illik
sovetlər quruluşunun dağılması və yeni partiyaların yaranmağa başlaması təlatümləri nəticəsində Əvəz Həsənov Bakı şəhərinə köçərək orada jurnalistika sahəsinə qoşuldu. Eyni zamanda yeni yaranan sosial-demokrat partiyasına üzv oldu. Bir qədər keçdikdən sonra əvvəlcə sosial-demokrat yönümlü "Təkamul" qəzetini və İnsan Hüquqları Mərkəzini
yaratdı. O, Gənclər və İdman Nazirliyində işlədi və bu zaman əsir və girovlarla bağlı işçi qrupunun Azərbaycan üzrə koordinatoru oldu. Beynəlxalq mandatla işğalda olan Şuşaya, Xankəndinə səfərlər etdi. Bu səfərlərin nəticəsi olaraq konfliktologiya elmi ilə çox ciddi məşğul olmağa başladı. Dünyanın bir çox dövlətlərinə səfərlər etdi,beynəlxalq universitetlərdə təlimlər keçdi. Getdiyi ölkələrdə dünyanın məşhur televiziya kanallarının konfliktologiya ilə əlaqədar
ona ünvanladıqları suallardan ibarət müsahibələr verdi. Müsahibələrindən, çıxışlarından, məqalələrindən ibarət rus dilində kitabını çap etdi. Eyni zamanda məcburi köçkünlərin həyatından bəhs edən 3 sənədli film yaratdı. Həmin filmlət ingilis dilində səsləndirildiyindən dünyanın bir çox dövlətlərində nümayiş etdirildi.
Doğma Kəlbəcərin işğaldan azad edilməsinin birinci ildönümündə 50 yaşlı Əvəz Həsənovun urəyi qəflətən dayandı. Ölümandən sonra Əvəz Həsənovun Beynəlxalq səviyyədə nə qədər tanındığını sübut edən dünyanın ən məşhur televiziya kanallarının onun ölüm xəbərini işıqlandırması və bir çox ölkələrdən bu acı xəbərə təəssüflərini bildirən beynəlxalq səviyyələrdə tanınmış insanların başsağlıqları oldu.
"BBC Nevs Azərbaycanca" qəzetində Əvəzin ölümü barədə verilmiş məqalədən bir hissəni nümunə üçün göstərmək kifayətdir ki, onun beynəlxalq səviyyədə tutduğu yer haqqında rəy yaransın:
"Azərbaycanlıları və erməniləri bir-birinə yaxınlaşdırmağa çalışan insan - Əvəz Həsənovun xatirəsinə
Azərbaycanın tanınmış hüquq müdafiəçilərindən biri, regionda sülhün bərpası uğrunda mübarizəsiylə də məşhur olan Əvəz Həsənov vəfat edib. Onun ürək tutmasından öldüyü bildirilir.
Millətlərarası münaqişələrin və siyasi fikir ayrılıqlarının hökm sürdüyü Cənubi Qafqazda tərəfləri bir-birinə yaxınlaşdıra biləcək insanlar azdır. Əvəz onlardan biriydi.
Onun ölümü həm Dağlıq Qarabağa görə Ermənistan və Azərbaycan arasındakı qanlı münaqişənin iştirakçılarında, həm də dünyanın bir çox ölkələrində yaşayan insanlarda dərin kədər doğurdu.
Sosial şəbəkələrdə yazılan çox sayda xatirə və başsağlığı statusları onun malik olduğu yüksək keyfiyyətləri - müxtəlif sosial təbəqələrin, mədəniyyətlərin və ölkələrin nümayəndələriylə, münaqişənin qarşı-qarşıya qoyduğu insanlarla dialoq qurmaq bacarığını, xeyirxahlığını və təvzökarlığını bir daha yada salır."
Ölkə mətbuatı da Əvəz Həsənovun ölümü və dəfn
prosesi barədə geniş məlumatlar verdi :
"Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov son mənzilə yola salınıb.
Respublikasının Preezidentinin köməkçisi Hikmət Hacıyev, PA-nın QHT-lər üzrə məsul əməkdaşı Vüsal Quliyev, millət vəkili Azay Quliyev, DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev, Novella Cəfəroğlu, Mehriban Zeynalova, Arzu Abdullayeva, Səidə Qocamanlı, Dilarə Əfəndiyeva, Hafiz Həsənov, Mirəli Hüseynov, Zaur İbrahimov və digər çox sayda QHT təmsilçiləri, tanınmış jurnalistlər Anar Yusifoğlu, Eldəniz
Elgün, Elşad Eyvazlı, Asəf Quliyev, habelə mərhumun
yaxınları iştirak ediblər.
Qeyd edək ki, 50 yaşlı Əvəz Həsənov ötən gün ürəktutmasından vəfat edib."
Bəli, Əvəz Həsənov özünün qısa ömründə xalqımız üçün əvəzsiz xidmətlər göstərdi. Onun arzusu doğma Kəlbəcəri azad və abad görmək idi. Təəssüflər olsun ki, amansız ölüm onu aramızdan tez apardı.
Allah rəhmət eləsin!
Oqtay SALAHLI

Kateqoriya: Kəlbəcər
Tarix: 28-11-2022 14:36
Baxış sayı: 3366
Yazı axını
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02