Reklam
Mahir Quliyevin həbsdə vəziyyəti pisləşib: "2 ay komada qalıb..."
29-11-2022 19:10

Dalidag.az xəbər verir ki, bu barədə onun vəkili Ceyhun Yusifov bildirib.
Müdafiəçi qeyd edib ki, Mahir Quliyev həbs olunmamışdan 10 gün öncə kəskin infarkt keçirib: “Ürəyinə 3 ədəd stend qoyulub. Şəkərli diabet, ürək çatışmazlığı və hepatit C xəstəliyindən əziyyət çəkir. Həbsdə olduğu müddətdə koronavirusa yoluxub və 2 ay komada qalıb. Əlavə olaraq əməliyyat yoluyla boğazından dəlik açılıb trixastom aparatı qoyulub.
Bakıda Reabilitasiya Mərkəzində çənə sümüyünün cərrahi əməliyyatı olunub. Onkoloji şübhə olduğu üçün biopsiya alınıb. Hazırda vəziyyəti zəif və halsızdır. Təngnəfəslik, yüksək təzyiq, şəkər ve aşağı saturasiyayla xəstəxana şəraitində müalicələr alır”.
Qeyd edək ki, M.Quliyev 2020-ci il aprelin 29-da DTX-nin keçirdiyi əməliyyatla saxlanılıb. O, mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə saxtakarlığında ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. O, səhhəti ilə əlaqədar olaraq cəzaçəkmə müəssəsinə köçürülə bilməyib.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 29-11-2022 19:10
Baxış sayı: 3382Yazı axını
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
Ən çox oxunanlar





























