Kəlbəcər rayonuna elektrik enerjisinin verilməsinə başlanılıb. Dalidag.az-ın xəbərinə görə, artıq rayonda yerləşən vacib obyektlər elektrik enerjisi ilə təmin olunub. Belə ki, "Azərişıq” ASC tərəfindən Kəlbəcər rayonun mərkəzində daxili şəbəkə, küçə işıqlandırması və müxtəlif dövlət orqanlarının yerləşdiyi müvafiq tikililərdə elektrik enerji xətləri bərpa edilib və işıq verilib.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Bəzirxana kəndindən videogörüntülər yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Düşmən işğalından azad edilən Kəlbəcər rayonunun sosial şəbəkələrdə yeni görüntüləri yayılıb. Belə ki, görüntülərdə rayonun sıldırım qayaları, yaylaqları, qayalıqlar altında yerləşən keçidləri yer alıb. Həmin görüntüləri təqdim edirik:

İşğaldan azad olunan Kəlbəcər rayonunda Qurban bayramı qeyd olunub. Bayram münasibətilə qurbanlar kəsilib. Qurban kəsimi tikintisi yekunlaşan Kəlbəcər yarımstansiyasının qarşısında həyata keçirilib. Qeyd edək ki, bu gün və sabah Azərbaycanda Qurban bayramı qeyd olunur. Dalidag.az

Gözəl gələcək gəncliyimizlə gələcək. O gənclik ki, uğurlu təhsil, layiqli məktəb keçib. Bu gün gəncliyimizin, gələcəyimizin uğurlarına bizə sevinmək qalır. Ölkəmizin inkişafı, dünyada yaxşı tanıtımı gənclərimizin çiyninə düşən mənəvi yükdür. Vətən qarşısında ən böyük xidmət elmlə başlayır. Bu gün Azərbaycanımızın dilbər güşələrindən biri Kəlbəcər rayonundan olan bir uğurlu gənc və onun nailiyyətləri haqqında eşitdim, sevinməmək mümkünsüz. Qürur duydum gözəl qızımızla. Öz zəkasıyla işıqlı

İyulun 15-də saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Dalidag.az xəbər verir ki, bu barədə Müdiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Boyaqlı kəndindən videogörüntülər hazırlayıb. Dalidag.az həmin videogörüntüləri təqdim edir.

"Hazırda bərpası başlanan və yaxınlarda başladılacaq işğaldan azad edilmiş 8 şəhər (7 rayon mərkəzi+Şuşa) üzrə qeydiyyatda olan əhalinin sayı 150 min nəfərə yaxındır. Artıq bəyan edilib ki, bərpasına start verilən Ağdam şəhəri 100 min nəfərin məskunlaşmasına imkan verəcək. Bu isə şəhərə hazırda qeydiyyatda olan əhalinin sayından (42 min nəfər) 2.3 dəfə çoxdur”. Dalidag.az xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev deyib. Ekspert deyir ki, adıçəkilən 8 şəhər ən azı 500 min nəfər əhalinin

1980-ci ildə yaradılmış, 1982-cü ildə yeni binasının bünövrəsi qoyulmuş və sorağı dünyanın o başına çatmış Kəlbəcər Tarix-Diyarşünaslıq muzeyi özünün orijinallığına və zənginliyinə görə başqa muzeylərdən fərqlənir. Muzey Kəlbəcərin bütün tarixi abidələrini özöündə əks etdirir. Kəlbəcərin qaya təsvirləri, arxeoloji abidələr və etnoqrafik nümunələri burada öz yerini tapıb. Xalqımızın sosial-iqtisadi, siyasi, etnik tarixi və mədəniyyəti sahəsində çoxsaylı materiallarla zəngin olan bu muzey, həqiqi

Kəlbəcərdə boz ayının balaları ilə gəzintiyə çıxması ətrafdakılar tərəfindən lentə alınıb. Belə ki, yanında iki balası ilə dağda yemək axtarışına çıxan ayının görüntüləri sosial şəbəkədə yayılıb. Həmin görüntüləri təqdim edirik: Dalidag.az
Yazı axını