Reklam
Aqil Məmmədov minaya düşən Aprel döyüşlərinin qazisinin ziyarət etdi
15-11-2022 11:15

Milli Məclisin deputatı Aqil Məmmədov bu yaxınlarda Tərtər istiqamətində minaya düşərək ağır bədən xəsarətləri almış, qazi Əlizadə Samir Buruz oğlunu Tərtər rayonda ziyarət edib.
Dalidag.az məlumat üçün bildirir ki, Samir Buruz oğlu Əlazadə əsəln Kəlbəcər rayon Ağdaban kənd sakinidir. O, 2016-ci ildə Aprel döyüşlərinin iştirakçısı olub. Xidməti vəzifəsini yerinə yetrərkən Füzuli istiqamətlərində gedən döyüşdə qəlpə yarası alıb. Qəlpələr ürək nahiyəsinə yaxın yerdə olduğu üçün bədənindən çıxartmaq mümkün olmamışdır.
Aqil Məmmədov qazimizin evində olarkən, onun sağlamlıq durumu, ailə-məişət qayğıları ilə maraqlanıb, istəklərini dinləyəyib. Yaralı qazi öz problemlərini dilə gətirərək protez ayaqların, əlil arabasının verilməsi və gözünün əməlyyatı ilə bağlı xahişini bildirib. Millət Vəkili hər iki ayağından amputasiya olan qazini narahat edən bəzi məsələlər ilə bağlı yerindəcə adiyyati qurumlara müraciət edib və bəzi müraciətlər öz müsbət həllini tapıb. Aqil Məmədov qazimizə bildirib ki, onu narahat edən məsələlər diqqət mərkəzində saxlanacaq və öz həllinin tapmasında köməkdarlıq göstəriləcək.
Görüş zamanı Millət vəkili ölkə rəhbərliyinin şəhid və qazi ailələrini daim diqqətdə saxlaması, onların fədakarlıqlarının qarşılıqsız qalmaması barədə ətraflı danışılıb.
Qeyd edək ki, həmin gün Millət vəkili ilə yanaşı Əlizadə Samir Buruz oğlunun ziyarətində, ikinci vətən müharibəsi qazisi Fərəcli Elvin Tapdıq oğlu da olub.
Qazimiz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və xanımı birinci Vitse-preziden Mehriban Əliyevaya şəhid ailələri və qazilərə göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 15-11-2022 11:15
Baxış sayı: 3380Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























