Reklam
“Doktorant və Gənc Tədqiqatçıların XXV Respublika Elmi Konfransı” gözəl bir nümunə oldu
01-12-2022 15:24
Zaur Əsədzadə
Varşava İqtisadiyyt və İnsan
Elmləri Universitetinin məzunu,
Azərbaycan Universitetinin müəllimi, doktorant
Təhsil hər bir millətin gələcəyidir. Bu sahəyə qoyulan hər bir manat vəsait gələcəyə yatırılan investisiyadır.
Bu gün sürətlə müasirləşən, təkmilləşən sahələrdən biri də təhsil sistemidir. Cənab Prezidentin rəhbərliyi və tapşırıqları əsasında istər ali və orta ixtisas, istərsə də orta və peşə təhsilində davamlı dəyişikliklər edilir. Məqsədi daha yaxşı təhsil vermək, hər kəs üçün təhsilin əlçatanlığına nail olmaq, daha savadlı, dünya görüşlü gənclər yetişdirmək olan bu dəyişikliklərin real nümunələri də artıq ortadadır. Son illər azərbaycanlı şagirdlərin, tələbələrin iştirak etdiyi elə bir beynəlxalq yarış, olimpiada yoxdur ki, orada həmyerlilərimiz medal qazanmasın, qalib olmasın. Bu, ardıcıl şəkildə həyata keçirilən təhsil islahatlarının bir nümunəsidir. Əlbəttə, təbii ki, problemlər də olmamış deyil və problemin olması da labüddür. Ona görə ki, yaşadığımız dövrdə tədricən vahid dünya anlayışı milli dövlətlər anlayışını üstələməkdədir və qlobal məkanda dəyişikliklər o qədər intensiv baş verir ki, milli dövlətlərin ona uyğunlaşması bəzən müəyyən zaman aparır.
Son illər təhsil-elm sahəsində həyata keçirilən ardıcıl tədbirlərdən biri də doktorant və gənc tədqiqatçıların elmi konfranslarıdır. Təhsil İnstitutu və Bakı Ali Neft Məktəbinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Doktorant və Gənc Tədqiqatçıların XXV Respublika Elmi Konfransı” da təhsil sektorunda görülən işlərə bir nümunədir. İştirakçı və məruzəçi kimi, Konfransın yüksək səviyyədə təşkilində xidmətləri olan hər kəsə təşəkkürlərimi bildirərək, qeyd etmək istərdim ki, biz doktorantların daha yaxşı səviyyədə yetişməsində belə tədbirlərin xüsusi rolu vardır. Bu cür mötəbər konfransların həyata keçirilməsi doktorantlarla alimlərimizin eyni məkanda cəmləşməsi, şəbəkələşmə, doktoranların tədqiqat zamanı üzləşdikləri çətinliklərin daha çevik və asan həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Belə tədbirlər, eyni zamanda, ayrı-ayrı doktorantların tədqiqat işləri ilə yaxından tanış olmaq, onların tədqiqat prosesinə yanaşmaları, müxtəlif metod və funksiyalardan istifadə təcrübəsini bölüşmək üçün əlverişli paneldir.
Konfrans zamanı Elm və təhsil naziri Emin Əmrullayevin, Təhsil İnstitutunun direktoru Rüfət Əzizovun, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun Berlin Texniki Universitetinin doktorantı Günay Kazımzadənin və digər çıxış edənlərin ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının sıx əməkdaşlığı, gənclərin ingilisdilli elmi bazalara çıxışının zəruriliyi, müasir innovasiyaların cəmiyyət həyatına və sənayeyə təsiri istiqamətlərində fikirləri olduqca maraqlı və düşündürücü idi. Əslində, belə tədbirlər, çıxışlar gənclərin elm və təhsil sahəsinə motivasiyası üçün xüsusi qeyd edilməlidir.
Belə konfransların bir mühüm əhəmiyyəti də ondan ibarətdir ki, gənc tədqiqatçıların özünü təqdimetmə qabiliyyəti formalaşır, gənc tədqiqatçı müzakirə panelində aktiv olmaqla daha geniş auditoriyalar üçün yetişir.
Burada bir məqama da toxunmaq istərdim. Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi, Şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın birliyi sayəsində əldə edilən tarixi Zəfər bütün dünyaya Azərbaycanı qalib dövlət kimi təqdim etdi. Bununla belə, istər müharibəyə qədərki dövr, istərsə də Zəfərdən sonrakı dövr informasiya məkanında savaş davam edir. İstər müharibədən əvvəl, istərsə də Zəfərdən sonra xarici ölkələrdə dəfələrlə belə hallarla qarşılaşırıq. Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbəni informasiya savaşında da davam etdirmək, daha da möhkəmləndirmək üçün gənclərimizin müxtəlif dillərdə, müxtəlif auditoriyalarda dövlətimizin mövqeyini müdafiə etməsi, ikili siyasət yürüdənlərə və ya onlara dəstək verənlərə beynəlxalq hüquq normalarını izah etməsi çox vacibdir. Gənclərimizi, xüsusilə müxtəlif sahələrdə tədqiqatlar aparan gənclərimizi bir paneldə cəmləşdirən tədbirlər həm də bu baxımdan önəmlidir.
Qeyd edilənlərə rəğmən, “Doktorant və Gənc Tədqiqatçıların XXV Respublika Elmi Konfransı” gözəl bir nümunə kimi dəyərləndirilə bilər və düşünürəm ki, bu qəbildən olan konfransların tez-tez həyata keçirilməsi nəinki doktorant-elmi rəhbər, o cümlədən müəllim-tələbə münasibətlərinə, gənclərin şəbəkələşməsinə, müxtəlif dünya görüşünə və fərqli tədqiqatçı baxışlarına malik insanların fikir mübadiləsinə də öz müsbət töhfəsini verəcəkdir.
Kateqoriya: Kəlbəcər
Tarix: 01-12-2022 15:24
Baxış sayı: 3344
Yazı axını
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02