Reklam
Hər yerdə əkizdi bərəsi, bəndi - bax bura Tovuzdu, ora Kəlbəcər - Elman Tovuzdan gözəl şeir
28-11-2022 21:36
Yerini bərk elə, başına dönüm,
İndi Göyçənindi sıra, Kəlbəcər...
Elman TovuzKəlbəcərli dostlara
Nə olsun yazılıb hara "Kəlbəcər".
Hər yerin başqadı bərəsi, bəndi,
Bax bura Tovuzdu, ora Kəlbəcər.
Daşı - cəvahirat, torpağı - bəhər,
Haqqın işığıdır hər gülən səhər.
Alxış eləməyə Dəlidağ yetər,
Axı nə gərək var Tura, Kəlbəcər.
Çəkilib həsrəti hər nübarının -
Yazda çiçəyinin, qışda qarının.
Otuz il gözləyən övladlarının
Tapılır dərdinə çara, Kəlbəcər.
Var olsun dizinə diz verənlərin,
Yarana qoymağa buz verənlərin.
Artıb-çoxaldıqca göz verənlərin,
Yenə boyanırsan nura Kəlbəcər.
Elmanam, mənim də açılıb önüm,
Axır ki, sənə də düşəcək yönüm...
Yerini bərk elə, başına dönüm,
İndi Göyçənindi sıra, Kəlbəcər.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 28-11-2022 21:36
Baxış sayı: 3656Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















