Kəlbəcərli 20 Yanvar şəhidi Firuz Cabbarovun ailəsi ziyarət olundu - Şəkillər

20-01-2023 17:14

Yanvarın 20-də “20 Yanvar – Ümumxalq Hüzn Günü” münasibətilə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və hüquq-mühafizə orqanlarının rəhbərləri Kəlbəcər rayonundan olan 20 Yanvar şəhidi Cabbarov Firuz Vəli oğlunun ailəsini ziyarət edib.
Görüşdə Azərbaycanı dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş soydaşlarımızın əziz xatirəsi anılıb, onların qəhrəmanlıq səlnaməsindən söz açılıb. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 20 Yanvar hadisələrinin milli azadlıq hərakatının zirvəsi olduğunu bildirərək, bu hadisələr zamanı şəhid olmuş insanların xalqımızın qəlbinə azadlıq toxumu əkdiklərini bildirib. İcra başçısı qeyd edib ki, 20 Yanvar faciəsi zamanı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı o vaxtkı nümayəndəliyinə gedərək bəyanatla çıxış edib və bu vəhşi hərəkəti təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı amansız cinayət adlandırıb. A. Qocayev çıxışında Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin verildiyini və cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 20 Yanvar şəhid ailələrinə və əlillərinə dövlət qayğısının artdığını, onların maddi-məişət şəraitinin, iş və mənzillə təminatının daim yaxşılaşdırıldığını diqqətə çatdırıb. Rayon rəhbəri bildirib ki, bütün şəhidlərimiz kimi Sizin oğlunuzun da ruhu indi şaddır. Cənab prezidentimiz İlham Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində ölkəmiz qüdrətlənmiş və düşmənə ağır zərbələr endirərək torpaqlarımızı işğaldan azad etmişdir. Bu qələbə Ali Baş komandan cənab İlham Əliyevin iradəsi, qətiyyəti, xalqımızın birliyi və dəmir yumruğu hesabına qazanılmışdır.
Görüşdə çıxış edən şəhidin atası Cabbarov Vəli ailəsi adından onlara göstərilən diqqət və qayğıya görə cənab Prezidentə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirib.
Görüşdə ailəni narahat edən problemlər dinlənilmiş və ailəyə maddi yardım edilmişdir.

Dalidag.az



Kateqoriya: Kəlbəcər
Tarix: 20-01-2023 17:14
Baxış sayı: 3182
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını