Reklam
Deputat Aqil Məmmədov şəhid və qazi ailələrini ziyarət edib - Şəkillər
27-03-2023 15:03

Millət vəkili Aqil Məmmədov Novruz bayramı ərəfəsində şəhid ailələrini və II-Vətən müharibəsi qazisinin ailəsini ziyarət edib.
Dalidag.az-ın xəbərinə görə, Millət vəkili Aqil Məmmədov əvvəlcə Gəncə şəhərində Kəlbəcər rayon Alçalı kənd sakini, 1-ci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Kapitan Hümbətov Xalid Əli oğlunun anasının yas mərasimində iştirak edib, şəhidin ailə üzvülərinə başsağlığı verib.
Daha sonra Kəlbəcər rayon İstibulaq kənd sakini şəhid İlyasov Fikrət Bəhmən oğlunun ruhuna ehtiramını bildirərək, ailəsinin arzu və istəklərini dinləyib. Millət vəkili Azərbaycan dövlətinin, Azərbaycan xalqının öz şəhidlərinin xatirəsini daim yaşadacağına, onların adlarının yaddaşlarımızdan silinməyəcəyinə əminliyini ifadə edib.
Növbəti görüş Tərtər rayonunda müvəqqəti məskunlaşmış II-ci Vətən müharibəsi qazisi Qasımov Elvin Tapdıq oğlunun ailəsində olub. Millət vəkili Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərimizdən danışıb və torpaqlarımızın işğaldan azad olunmasında Azərbaycan oğullarının şücaətini yüksək qiymətləndirib.Şəhid ailələrinə, qazilərə dövlət qayğısından danışan Aqil Məmmədov onlar tərəfindən qaldırılan istənilən problemə dövlət qurumları, vətəndaşlar və cəmiyyətimiz tərəfindən xüsusi həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.
Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 27-03-2023 15:03
Baxış sayı: 3387Yazı axını
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
Ən çox oxunanlar





























